34

87 7 0
                                    

qədər gec gəlsə də oturub onun yolunu gözləyirdi. Həmişə ərinin işi ilə maraqlanır və yalvarırdı ki, özünü qorusun. Qasımlı Olqanın ürəyinin dərinliyində əri üçün keçirdiyi qorxunun necə kök saldığını açıq-aydın duyurdu. Bir gün Baş Cinayət-axtarış idarəsinin rəisi Qasımlını yanına çağırıb, xeyli müddətdən bəri əhalini təşvişə salmış, neçə-neçə qətllər və digər ağır cinayətlər törətmiş bir dəstəni ələ keçirməyi ona tapşırdı. Qasımlı bu işin öhdəsindən tezliklə gəldi. Bütün dəstə üzvləri ələ keçib həbs olundu. Təkcə, dəstənin rəhbəri Sergey Babayan,kimlərinsə duyuq salması nəticəsində, aradan çıxa bildi. Bandanı ələ keçirdiyinə görə Qasımlını şəxsi silahla mükafatlandırıb, eyni zamanda polkovnik rütbəsi verdilər. Ancaq sevinci uzun sürmədi. Dəstənin ələ keçməsindən dörd gün sonra, axşam işdən evə qayıdanda mənzilini qana boyanmış gördü. Arvadını da,bir yaşlı qızını da, bıçaqla qətlə yetirmişdilər. Bu «ələkeçməz» ləqəbi ilə tanınan qatı cinayətkar Sergey Babayanın işi idi. Hələ körpə uşağın cəsədi üstünə kağız da yazıb qoymuşdu. «Məşhurtürk xəfiyyəsinə hədiyyə». O gün Qanbay Qasımlının həyatında əbədi unudulmaz bir gün oldu. O gün onun başına həmişəlik ağrı sıçradı. O gündən nifrət onun ürəyində həmişəlik yuva saldı. Cinayətkarlara, qansızlara, insafsızlara qarşı!Həmin gün o, bir çox qanunlara da tüpürdü. Bu qanunlar cinayətkarlara əl-qol açmağa imkan verir, axtarış milisinin isə əl- qolunu bağlayırdı.Həmin gündən Qasımlı bütün işlərini atıb Sergeyi axtarmağa başladı. Onu milisin özündən duyuq salıb aradan çıxardıqları üçün, daha heç kəsə inanmır, təkbaşına iş görürdü. Sergeyin izinə düşmək heç cür mümkün olmurdu. Qasımlının isə hamının qibtəsinə səbəb olmuş hövsələsi getdikcə daralırdı...

XəyanətWhere stories live. Discover now