87

67 4 0
                                    

-Yaxşı... Zakir müəllim, narahat olmayın. Niyazi müəllim balaca adam deyil. Hər halda işi yoluna qoyarlar...
- Sağ olun...
Dəstəyi yerinə qoydu. Hirsindən nə edəcəyini bilmirdi. Həm də bir az qorxu dolmuşdu canına.
«Sən bir bu kişinin işinə bax! Qızı yaşda birini alıb evə gətirib, bəs eləmir, hələ qızların namusu ilə də oynayır. Bərəkallah kişi! Çox sağ ol! Yaxşı hörmət yaradırsan mənim üçün!»
Ancaq qorxu hirsinə güc gəldi:
«İndi necə olacaq, görəsən? Onu işdən çıxarsalar, mən də gözdən düşəcəm. Otuz faiz özümə görə hörmət edirlərsə, yetmiş faiz ona görə edirlər. Amma yox, Ruslan da var. Hər halda, biabır olacam».
Telefonu götürüb, nazirliyə zəng vurdu. Dedilər ki, Niyazi müəllim nahara çıxandan sonra qayıtmayıb. Evə zəng vurdu. Telefonu götürən
olmadı. Cib telefonu da bağlı... «Evinə gedərəm axşam. - deyə fikirləşdi.
- Görək bu nə oyundur başımıza açır?!»Qalxıb Başçının kabinetinə getdi. Katibə qız bildirdi ki, Başçı bu gün daha olmayacaq. Bu lap Zakirin ürəyindən oldu. Oradan çıxıb, birbaş öz evinəyollandı. Düşünmək üçün sakitlik axtarırdı.
IX fəsil
Ehtirasın hökmranlığı
  Gülafət divanda oturmuşdu. Saçları bir-birinə qarışmış, xalatı əzik-üzük olmuşdu. Dodaqları, elə bil, şişmiş, boynu-boğazı göyərmişdi. Az qala dizlərinə dəyən başını əlləri arasına alıb bərk- bərk sıxsa da, vücudunda

XəyanətWhere stories live. Discover now