içində elə bir qurğu yerləşdirilmiş qələmi də, ona Qasımlı vermişdi. Əgər,
Elnur Qafarlı siqaret çəkən olmasaydı, alışqanla qələm öz vəzifələrini dəyişməli olacaqdı. Alışqan bir dəfə yandırılan kimi səsyazan qurğu batareyaya qoşulacaq və ondan sonra neçə dəfə yandırılıb söndürülməsindən asılı olmayaraq, ona qoşulu qalacaqdı. Səsyazan qurğu
isə yalnız yaxınlıqda danışıq olanda işləyəcək,
sakitlik olanda isə dayanıb «gözləyəcəkdi»...Az keçmiş bulvarın kənarında, səkiyə lap yaxın «Daewoo» markalı bir maşın dayandı. Gözündə rəngli eynək olan gənc, maşından düşüb tələsik addımlarla, kafeyə tərəf getdi. Mahir zəng vurub, vəziyyət barədə Qasımlıya ətraflı məlumat verdi.
XII Fəsil
Kafedə görüş Gülşənlə Elnur Qatarlı açıq havada düzülmüş stolların birinin arxasında, üzbəüz oturmuşdular. Süfrədəki yeməklərə əllərini də vurmamışdılar. Heç birinin yeməyə iştahası yox idi. Elnur Veneranın başına gələn qəziyyədən xəbərsiz imiş. Gülşən bunu xəbər verəndən sonra sarsılmış, qız özü ona təskinlik verməli olmuşdu. Dodaqları bir- birinə kiplənmiş Elnur əlində tutduğu alışqana baxır, hərdən onu yandırıb-söndürür, heç nə danışmırdı.Gülşən alışqanı ona göstərəndə xeyli həyəcan keçirmişdi. Narahat fikirlərin əlində əsir olan qız nə edəcəyini bilmirdi. «Görəsən, Akif niyə dedi ki, alışqanı yandırma? Bəlkə bu alışqanda partlayıcı maddə var?! Ümumiyyətlə, bu oğlan kim idi? Doğrudanmı, Veneranın bibisi oğlu idi?»Elnur alışqanı ilk dəfə yandıranda, qız hətta diksinmişdi də. Ancaq sonra heç nə baş vermədiyini görüb, bir qədər sakitləşmişdi.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...