Əsas məsələyə keçin! Məktubun surətini ala bildinizmi?
- Bəs necə?! - Fazil əlini cibinə atıb kserosurəti çıxartdı. - Buyurun! Polkovnik kağızı ondan alıb oxumağa başladı. Bu vaxt Nuranə podnosda iki fincan qəhvə gətirdi və onları stolun üstünə qoydu. Fazil o saat öz fincanını əlinə götürüb, qadına baxdı:
- Sizin əriniz dahidir, Nuranə xanım! Siz Qanbay müəllimlə fəxr etməlisiniz!
Nuranənin yanaqları qıpqırmızı qızardı. Özünü itirib cəld otaqdan çıxdı. Qasımlı üz-gözünü turşutdu. Ancaq Fazilə heç nə deməyib, başını buladı və yenə diqqətini məktubun surətinə verdi. Qəhvədən bir qurtum içib bir də diqqətlə vərəqə baxdı və dilləndi:
- Məktub şagird dəftərindən çıxarılmış vərəqdə yazılıb. Eləmi? Həm
də kağızın yuxarı hissəsindən iki sətir kəsilib atılıb.
- Bəli, deyəsən, elədir! - Fazil fincanı stolun üstünə qoyub cavab verdi.
- Yaxşı fikir vermədim. Ancaq məktub tam və bitkindir. Ya ilk sətrə yazdığı ürəyincə olmadığı üçün onu kəsib ataraq, məktubu yenidən başlayıb, ya da vərəqin yuxarı hissəsi əvvəlcədən kəsik olub. Təcrübəli ekspert başını yelləsə də dinmədi. Bir siqaret yandırıb dərin fikrə getdi. Hövsələsiz vəkil danışmaq istədisə də, onu fikrindən ayırmağa cəsarət etmədi. Handan-hana Qasımlı özü dilləndi:
- Mən müstəntiqlə görüşmək və məktubun əslinə baxmaq istə¬yirəm.
Xahiş edirəm, məni onunla görüşdürüb tanış edin. Maşınlasınız?
- Bəli!
- Onda vaxt itirməyək! Bir azdan nahar fasiləsi olacaq. O vaxta qədər
özümüzü prokurorluğa çatdıraq! - ev sahibi ayağa qalxdı.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...