113

49 1 0
                                    

Alışqanın üzərində, böyük zövqlə, ikibaşlı qartal şəkli həkk olunmuşdu. Bu alışqanı Qasımlıya Rusiyada Daxili İşlər Nazirliyinin yüksək rütbəli bir işçisi bağışlamışdı. Polkovnik bu alışqanı əldən
verməklə riskə getdiyini başa düşsə də, bəzi məsələlərin təxirəsalınmadan aşkarlanması üçün başqa çarə görməmişdi.Elnur alışqanı Gülşənin qarşısına qoyub kədərlə dilləndi:
- Deməli belə... Yazıq Venera!
Gülşən alışqanı geriyə itələdi:
- Götür, qoy məndən yadigar olsun!
- Yox! Yox!
- Elnur etiraz etmək istədi.
- Xahiş edirəm, götür!
- Gülşən alışqanı israrla onun əlinə verdi. -Mən siqaret çəkməyəcəm ki?!
Elnur daha inad göstərmədi.
- Çox sağ ol, Gülşən! Sən çox yaxşı qızsan. Mən bunu səndən yadigar saxlayacam.
Gülşən, vaxt itirmədən, Mahirin verdiyi qələmi çantasından çıxartdı:
- Bu qələmi mənə, ad günüm münasibətilə, Venera vermişdi. Birinci kursda. İndi mənim üçün dünyada bundan əziz şey yoxdur.Elnur əlini uzadıb qutunu aldı. Açıb içindən qələmi çıxartdı və o üz-bu üzünə çevirib baxdı. Sonra yenə qutusuna qoyub Gülşənə qaytardı. Elnur
qələmə baxarkən, Gülşən ona diqqət yetirsəydi, onun əllərinin necə əsdiyini, görməmiş olmazdı.Elnur, ümumiyyətlə, çox həyəcanlı görünürdü. Gələndən, elə siqareti siqaretə calayırdı. Gülşənin yeməyə əl uzatmadığını gec də olsa, başa
düşüb

XəyanətWhere stories live. Discover now