- Bacıdan, qardaşdan nəyin var?
- Bir qardaşım var.
- Mənə kömək etmək istəyirsən?
- Oğlan əsas məsələyə keçdi.
-Veneranın ruhu xatirinə. Həm də mənim xatirimə. Mən sənin yaxşılığını unutmaram.
- Nə kömək lazımdır?
- Gülşən razılıqla soruşdu.
- Sən Elnurla görüşə bilərsən? Elə bu gün.
- Necə?
- qız sadəlövhcəsinə soruşdu.
- Telefon nömrəsi yoxdur, səndə?
-Yox...
- sonra nə fikirləşdisə, çantasını açdı.
- Bir dəqiqə...
Çantasından əzilib köhnəlmiş bir qəzet çıxartdı. Bu çox az tirajla
buraxılan qəzetlərdən biri idi. Gülşən qəzetin axırıncı səhifəsində, lap
aşağıda yazılmış iki mobil nömrəni göstərdi:
- Bax, bilirəm ki, bu ikinci nömrə onun olmalıdır!
Oğlan sevindi:
- Lap yaxşı! Zəng vur, de ki, görüşmək istəyirsən. De ki, vacib sözün
var. Görüşəndə isə, Veneranın ölümünü çatdır. Soruş ki, o nəyə görə
özünü öldürüb?
- O nə bilsin ki?
- Gülşən tez dilləndi.
- Bilsə də, deməz axı...
- Bunun dəxli yoxdur! Sənin əsas köməyin başqa şeydə olacaq.
- Oğlan cibindən üzərində qızıl işləmələr olan çox gözəl bir alışqan çıxartdı.
- Sən bu alışqanı ona verməlisən.
- Niyə?
- qız təəccübləndi.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...