24

88 7 0
                                    

Məlikxanlı, sanki söhbətə başlamağa tərəddüd edirdi. Asəfi işarə ilə çağırıb qonağa qəhvə gətirilməsini tapşırdı. Stol arxasında soyuq bir sükut
yaranmışdı. Deyəsən, polkovnik özü də buraya nə üçün dəvət olunduğunu
bilməyə tələsmirdi. Özünəməxsus ani və diqqətli baxışlarla qarşısındakı
imarəti, həyəti və stolun arxasında oturmuş yeni tanışlarını gözdən
keçirirdi. Qəhvəni süfrəyə Gülafət xanım özü gətirdi. Qasımlının qarşı tərəfindən
stola yaxınlaşıb qonaqlara «Xoş gəldiniz!» - dedi və qəhvə fincanını
polkovnikin qabağına uzatdı. O birilər çay içəcəkdilər.
Gülafət xanımdan gələn gözəl ətir qoxusu, nədənsə, Qasımlını başını
qaldırıb ona baxmağa məcbur etdi. Stol enli olduğu üçün, ev sahibəsi ona
doğru əyilmiş, ağappaq, hamar sinəsi və şux döşlərinin arası tamamilə
açıqda qalmışdı. Baxışları toqquşdu və nə qadının gözlərindəki qəribə
məhrəmlik, nə də onun özünü itirməsi Qasımlının gözlərindən yayınmadı.
Bu yalnız bircə anlıq baş verdi və Gülafət xanım utancaq bir təbəssümlə:
- Buyurun! - deyib fincanı qonağın qabağına qoydu və dönüb evə getdi. Qadınlara belə xüsusi nəzərlə baxmağa adət etməmiş polkovnik bu qadına
nə üçün lazım olandan artıq diqqət yetirdiyini anlaya bilmədi və yersiz hesab etdiyi hərəkəti üçün özünü danladı. İsti qəhvədən bir qurtum içib, siqaret yandırdı və üzünü qətiyyətlə ev sahibinə tutdu:
- Sizi eşidirəm, cənab Məlikxanlı!Onun hörmətlə müraciət etdiyi nazir, Qasımlıya hələlik bəlli olmayan səbəblərə görə öz ötkəmliyini itirmiş, demək olar ki, acizləşmişdi. Sanki
danışmağa söz tapmırdı. Ancaq ağıllı baxışlarından özünə qarşı açıqaydın hörmət oyadan xəfiyyənin gözlərinin ona zilləndiyini görüb
danışmağa başladı:

XəyanətOù les histoires vivent. Découvrez maintenant