22

84 6 2
                                    

Heç inanmıram ki, o bu işə baş qoşsun. - Ruslan da cibindən siqaret çıxarıb yandırdı. - Ancaq sizinlə o barədə tam şərikəm ki, biz vaxt itirmədən fəaliyyətə başlamalıyıq. Şəxsən mən, lazım olsa, canımı bu
yolda qoyacam! Təki təmiz adınıza xələl gəlməsin. Sizin nüfuzdan düşməyiniz, mənim də heçə dönməyim deməkdir!
- Çox sağ ol! - Məlikxanlı əlini onun çiyninə qoydu. - Elə mən də güvəndiyim üçün bu dar gündə buraya səni çağırmışam.
- Qulluğunuzda həmişə hazıram!..
Ruslan Dadaşov bunu deyib başını aşağı dikdi. Məlikxanlı yenə də narahat halda darvazaya tərəf boylandı:
- Mən onu saat 12-yə dəvət etmişdim.
- İndi isə birin yarısıdır. - Ruslan qolundakı qızıl saatı göstərdi. - O, yəqin ki, gələsi olmadı...
Bu zaman yenə darvazanın önündə maşın səsi eşidildi. Hazır dayanmış
Asəf irəli yeriyib darvazanı açdı. Qara rəngli bir «Mersedes» ağır-ağır həyətə daxil oldu. Arxa oturacaqda əyləşmiş sadə görkəmli, qara saçları
səliqə ilə yana daranmış, qırx yaşlarında bir kişi qapını açıb maşından düşdü. Əyninə boz rəngli yüngül kostyum geymiş bu adam istefada olan polis polkovniki, cinayət- axtarış
eksperti Qanbay Qasımlı idi.

XəyanətWhere stories live. Discover now