universitetdə özünü necə aparmağından, ümumiyyətlə, arzularından,istəklərindən, problemlərindən xəbəri olmurdu. Düzdür, vaxtlı vaxtında pul verirdi, amma bununla işi bitmiş hesab etmək olmazdı axı?! Əslində,dörd nəfərdən ibarət bu ailənin hər bir üzvü müstəqil olaraq, öz həyatını yaşayırdı ki, doktorun fikrincə, bu o qədər də yaxşı hal deyildi. Öz işinə
nə qədər bağlı olsa da, bu, övladı arxa plana keçirməyə haqq vermirdi.Elə buna görə də, Muradzadə bu gün hökmən üçlükdə teatra getməyi
qərarlaşdırmışdı. Düzdür, hələ bilet götürməmişdi, ancaq bilirdi ki, buna indi o qədər də ehtiyac yoxdur. Teatra gələnlər az olurdu və bir qədər tez getsən, bilet alıb yaxşı sıraların birində yer tutmaq mümkün idi.Kabinetə daxil olan xəstələri yanına çağırdı. On-on iki yaşlı oğlan uşağı ilə gəlmiş qadını diqqətlə dinləyib, uşağa ötəri nəzər saldı və heç bir söz deməyib resept yazdı.
- Uşaqda elə bir şey yoxdur, bu dərmanları içsin, keçib gedəcək!
İkinci xəstə ordları batmış, arıq bir kişi idi. Ona qulaq asandan sonra səhər tezdən, acqarına gəlməyi tapşırdı. Qanı analiz edilməli idi.Xəstə kabinetdən çıxan kimi stolun üstündəki
telefon zəng çaldı.Muradzadə bir də saatına baxıb dəstəyi götürdü. Zəng vuran doktor Ələsgər Atayev idi. Tibb universitetini eyni vaxtda bitirmişdilər. Atayev bacarıqlı seksopotoloq kimi tanınırdı. Tibb sahəsində doktor Muradzadə qədər şöhrət qazanmasa da, öz işinin ustası idi. Çoxdandı ki, ailəvi dostluq
edirdilər. Bəzi xasiyyətləri uyğun gəlməsə də, əlaqələri möhkəm idi.Məsələ burasında idi ki, Atayev bir qədər kobud, özündən razı adam idi.Həyat
nemətlərindən Muradzadə ilə müqayisədə, daha çox istifadə
etməyə və zövq almağa çalışırdı. Özünə yaxşı ev-eşik düzəltmiş, bahalı, xarici maşın almışdı.
- Necəsən, ay Əlisəttar? Nelya xanım, Venera qızımız necədilər? Arif gəlmir ki, hələ? - Ələsgər həkim ucadan hal-əhval tutdu
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...