45

79 4 0
                                    

Vəkil də ayağa qalxıb qapıya doğru getdi. Qasımlı şkafı açıb, müxtəlif kimyəvi maddələr saxlanılan xeyli dərman şüşələrinin arasından bir kiçik şüşə qab seçdi və cibinə qoydu. Pencəyini geyinib mənzildən çıxmaq istəyəndə arxadan Nuranənin səsini eşitdi:
- Nahar etməyəcəksiniz?
Qasımlı geri döndü. Qadının üzündəki qızartı hələ də çəkilməmişdi. Ev
sahibinin üzünə yox, kənara baxırdı.
- Yox! - Qasımlı qısa və soyuq cavab verdi. - Siz də gedin!
Müstəntiq Ramin Əlibəyli onları könülsüz qarşıladı. Deyəsən,
çoxdanışan vəkil onun zəhləsini tökmüşdü. Lakin vəkillə gələn ciddi şimalı adamın kim olduğunu öyrənəndə onunla mehriban görüşdü. Qasımlı gəlişinin məqsədini izah etdi:
- Mən cənab Məlikxanlının tərəfindən qeyri-rəsmi çıxış edirəm. Belədə hesab edə bilərsiniz ki, onun vəkili Fazil müəllim məni ekspert kimi dəvət edib. Ümumiyyətlə, necə istəsəniz qəbul edə bilərsiniz. Mən sizin işinizə yalnız kömək etməyə çalışacağam. Adımın
hallanmağını da istəmirəm.
Əlibəyli onu dinləyib təəssüflə sözə başladı:
- Mənim də şəxsən, cənab Məlikxanlıya böyük hörmətim var. Ancaq inanın, məsələ çox ciddidir. İntihar etmiş qızın atası da tanınmış, hörmətli adamdır. Yazılı şəkildə müraciət edib, Məlikxanlıya ciddi cəza
verilməsini tələb edir. Biz onu sakitləşdirməyə çalışırıq.
Belə hörmətli şəxsi birdən-birə ləkələmək də olmaz. Bu heç
respublikamızın imicinə də xeyir gətirməz. Ancaq doktor Muradzadə əgər
istintaqı tezləşdirib, qəti tədbirlər görməsək, bütün səfirliklərə müraciət

XəyanətWhere stories live. Discover now