76

65 3 0
                                    

- Baş üstə!
- Bizə nə verəcəksiz?
- Ürəyiniz nə istəyir, ondan!
Ruslan dönüb Zakirə baxdı. Zakir çiyinlərini çəkdi. Yəni mənim üçün fərqi yoxdur. Ruslan bir az fikirləşib özü dilləndi:
- Hələlik yaxşı bir qazan xörəyi hazırlayın. Bildirçin kababı da olsun. Yoxdursa, tapın! Quzu-filan da öz yerində.
- Baş üstə!
Meşənin içindəki dərəyə tərəf düşdülər. Ruslan soyunub özü ilə gətirdiyi yüngül idman formasını geyindi. Qovaq ağacının kölgəsinə qoyulmuş stolun arxasında oturdular. Beş dəqiqə keçməmiş, süfrəyə qəlyanaltı və bir şüşə soyuq zoğal arağı qoyuldu. Ruslan onlara qulluq etmək istəyən oğlanı kənarlaşdırıb, şüşəni özü götürdü və hər ikisi üçün
araq süzdü.
- Götür görək! - dedi. - Birinci sağlıq, sözsüz ki, Niyazi müəllimin şərəfinədir. Allah onu başımızdan əskik eləməsin!
Qədəhi başına çəkdi. Zakir stəkanı əlinə götürsə də, ağzına vurub stolun üstünə qoydu. İçkiyə çox da meyilli deyildi. Xüsusilə də ac qarına! Ancaq Ruslan üçün, araq ilə suyun, deyəsən, bir o qədər də fərqi yox idi. Bir qədərdən sonra qazanda bişirilmiş, çox dadlı ət xörəyi gətirdilər. Zakir bəlkə də ömründə belə dadlı xörək yeməmişdi. Ya bəlkə də ac olduğu üçün ona belə gəldi, deyə bilməzdi. Hər halda, yeməyə çox iştahayla girişmişdi.
Restoranın sahibi olan yekəqarın kişi iki cavan qızı gətirib onlara təhvil verdi və irişə-irişə soruşdu:
- Bir şey lazım deyil, Ruslan müəllim?

XəyanətWhere stories live. Discover now