ədalətin tərəfində dururdu. Nemətin arvadı Fədayə ondan üç sinif yuxarı oxuyurdu. Ancaq lazım gələndə ona da havadarlığı Nuranə edirdi. Orta məktəbi qurtaran kimi Bakıda tibb texnikumuna qəbul olundu. Əlikramla da elə birinci kursda oxuyanda tanış oldu. Özü də qəribə bir tanışlıq idi bu...Arzu adlı qrup yoldaşı ilə bulvara, gəzintiyə çıxmışdı. Bulvarla dənizi ayıran beton arakəsməyə yaxınlaşıb, bir xeyli, dənizə tamaşa etdilər. Sonra yollarına davam edib, söhbət edə-edə, dənizin kənarı ilə addımlamağa başladılar.Bu zaman arxaları ilə gələn iki oğlandan biri bərkdən yanındakına dedi:
- Sən birfiquraya bax, Müzəffər, yandım töküldüm! Müzəffər adlandırılan oğlandan səs çıxmadı. Arzu isə ürəkdən güldü. Deyəsən, sözü özünə götürmüşdü. Nuranə dinmədi. İndiyədək ona sataşan
olmamışdı. Az keçmiş, həmin oğlan bir də dilləndi:
- Bu yubkaya lap paxıllığım gəldi! Daha hədəf aydın idi. Arzu əyninə şalvar geyinmişdi. Nuranə geri çevrilib düz oğlanın üstünə getdi. Bu arıq, çəlimsiz bir oğlan idi. Qızın üstünə gəldiyini görüb, bir addım geri çəkildi. Nuranənin sərrast şilləsi sifətinə dəyəndə, ayağı asfaltdan azacıq hündür olan beton döşəməyə ilişdi və beli üstə dənizə tərəf yıxıldı. Onun ayağa qalxa bilmədiyini görəndə, hər üçü, daha çox Nuranə əl-ayağa düşdü. Oğlanın peysəri beton arakəsməyə dəydiyi üçün yarılmışdı.
- Əlikram, sənə nə oldu?
- Müzəffər onu qaldırmağa çalışdı. Yaxşı ki, Əlikram tez özünə gəldi. Yoxsa Nuranənin qorxudan
ürəyi partlayacaqdı. Cəld çantasından yaylığını çıxarıb axan qanın üstünə
basdı və həyəcanlı halda

ESTÁS LEYENDO
Xəyanət
Misterio / SuspensoElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...