Dözmək, səbir etmək Nuranə üçün getdikcə daha çətin olurdu. Axır ki, qəti qərara gəldi və Əlikramdan ayrıldılar.Yeni vəziyyətə tez öyrəşdi. Yaxşı ki, uşaqlıqdan bərkə-boşa düşmüş, dözümlü və iradəli böyümüşdü. Tural da anasını çox sevir, yaşının az olmasına baxmayaraq, indidən ona dayaq olmağa çalışırdı. Hətta hərdən öz uşaq düşüncəsi ilə ürək-dirək də verirdi anasına. Nuray isə anasını nə qədər çox istəsə də, hələ atasını unuda bilmirdi. Bəlkə də bu ona görə belə idi ki, Əlikram onu o birilərlə müqayisədə, az incitmişdi.Nuranə evlilik müddətində arıqlayıb, əvvəlki görünüşünü itirmişdi. İndi isə, özü də hiss edirdi ki, xeyli dəyişilib. Bədəninə normal ət
gəlmiş, üzü işıqlanmışdı. Son illərdə geydiyi alt paltarları daha əyninə keçmirdi. Yeni alt paltarlarını, bir neçə ölçü yuxarı almağa məcbur olmuşdu. Qanbay müəllimin evinə gedib-gələndən sonra, özünə bir az da çox diqqət yetirməyə başlamışdı. İlk vaxtlar bu işindən sıxılırdısa da, ev sahibinin ona yuxarıdan aşağı baxmadığını və daha doğrusu, ümumiyyətlə,
baxmadığını görüb, işə uyğunlaşmışdı. Qasımlının ciddi xarakteri əslində, onun xoşuna gəlirdi. Ancaq hərdən onun qaraqabaqlığı, ciddiliyi və Nuranəyə laqeydliyi qadına toxunurdu da! Nuranənin ürəyində özündən 14 yaş böyük bu insana qarşı bir istək var idi ki, bu da təmənnasız və səmimi bir istək idi. Hər halda Nuranə özü belə düşünürdü.
Tək yaşayan, deyilənə görə hansısa bir mağazada fəhlə kimi işə düzələn Əlikram artıq Nuranədən ayrıldığına peşman olmuşdu. Hətta iki dəfə küçədə qarşısını kəsib, yenidən birləşməyi təklif etmişdi. Ancaq Nuranə, qətiyyən,razılaşmamışdı. Üçüncü dəfə Əlikram daha kəskin danışmışdı.
- Deyəsən, gedib tək kişinin evində qulluqçuluq edirsən, hə? Bu söz Nuranəyə bərk toxunmuşdu:
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...