hərdən başını aşağı dikib ayağı ilə qumu eşirdi. Qasımlıya elə gəldi ki, ev
sahibəsi darvazanın yaxınlığında, hasarın dibində gül
kolları əkdirmək istəyir. Ozü də, çox güman ki, qızılgül kolları. O bunu
qadının hərəkətlərindən başa düşmüşdü. «Gözəl qadındır» deyə fikrindən
keçirtdi.
Ruslan Dadaşov bir siqaret yandırıb ayağa qalxdı.
- Bir az gəzişim... - deyib Asəfgilin yanına getdi.
Qanbay Qasımlı gözünü Gülafət xanımdan çəkib ev sahibinə baxdı:
- Üzr istəyirəm, sizin övladınız var?
- Bəli! - Məlikxanlı cavab verdi. O, artıq bir qədər gümrahlaşmışdı. -
Əvvəlki arvadımdan bir oğlum var. Evlidir. Anası dörd il əvvəl
xərçəngdən öldü. Bu gördüyün ikinci arvadımdır. Bundan hələ uşağımız
yoxdur. Ancaq çox istəyirəm ki, bir övladım olsun. Əvvəl elə bilirdim
günah bundadır. Ancaq onun analizləri təmiz çıxdı. İki-üç gün əvvəl mən
də analiz verdim. Məndən imiş... Həkim söz verib ki, sağaldacaq. Görək
nə olur...
- Allah qoysa! - Qasımlı söhbəti dəyişdi. - Özünüz nə fikirləşirsiniz,
sizin vəzifədən uzaqlaşdırılmağınız kimlərə lazım ola bilər?
- Bu barədə iki saatdır düşünürəm... - Məlikxanlı dilxor halda cavab
verdi. - Mənim stoluma göz dikən real namizəd ağlıma
gəlmir...
- Məsələ təkcə sizin yerinizə göz dikməkdə deyil. Burada mənafe
məsələləri var. Bax, tutaq ki, siz ləkələnib vəzifədən azad edildiniz. -
Qasımlı istədi ki, həbs barəsində də nəsə desin, ancaq fikrindən vaz keçdi.
- Bax, bundan ən çox kimlər ziyan çəkəcək?
- Ziyan çəkəcək? - Məlikxanlı təəccübləndi.
ВЫ ЧИТАЕТЕ
Xəyanət
Детектив / ТриллерElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...