79

63 3 0
                                    

Heç bilmirdim... - Zakir təəccüblə dilləndi.
- Maraqlanırsan ki, biləsən? Başın qarışıb öz kabinetinə, bir də məktəbləri, bağçaları gəzməyə. Əslində bunu heç kəs bilmir. Kişinin özü
ilə məndən başqa! O, işini bilən adamdır. Onun vəzifəsi ilə tutmur axı, belə şeylər?! Heç kəsin xəbəri yoxdur ki, onun hələ rayonlarda nə qədər
belə yerləri var... Ancaq işə mən nəzarət edirəm. Niyə? Çünki Niyazi müəllim vəzifəsinə görə məşğul ola bilməz, sən isə əfəlsən. Əfəl! Başa
düşürsən? Əgər baş qoşub, bu işin sirlərini məndən öyrənə bilsən, atanın obyektlərinə özün nəzarət edərsən. Olmaz? Əlbəttə, olar! Ancaq gərək,
baş qoşasan. Mənim şəxsən özümün nə qədər gəlir gətirən yerlərim var. Əlbəttə, atanınkı qədər yox, ancaq özümə bax belə bəsdir! - əlini boğazına çəkdi. - Bu yerlər isə, gec-tez sənindir. Atan nə vaxtsa təqaüdə çıxanda obyektlərinin hamısını öz əlinə alacaq. O, bacarıqlı adamdır. Ancaq gərək sən də kömək edəsən! Burax getsin bu vəzifəni! Cavan oğlansan, ancaq boş-boşuna vaxtını keçirirsən!
- Bu saat bu restoran kimin adınadır? - Zakir maraqlandı.
- Yarəlinin! Bayaqkı yekəqarın ayını gördün? Bax, onun! Başını salıb aşağı, restoranı işlədir. Kim də soruşsa, deyir özümündür. Əlbəttə, rayondan, ya kənardan ona ilişə bilən adamlar bilirlər ki, buraya mən sahiblik edirəm və ona görə də heç kim Yarəliyə dəyib- dolaşmır. Yarəli özü burada maaşa işləyir. Təmiz gəlirin hamısı isə Niyazi müəllimə çatır. Mənim vasitəmlə. Başa düşdün? Ancaq atan bilməsin ha, bunu sənə deməyimi. Səni kiçik qardaşım hesab edib deyirəm. Heç kəs bilməməlidir bunları. Sonra onun üçün artıq söz- söhbət yaranar. Nə qədər ki o vəzifədədir, onun biznes işlərini mən aparacam. Sonra özü bilər. Mənə qalsa, ölənəcən onun kiçiyiyəm. Onun yolunda ölməyə belə hazıram. Ona sataşanın... Nə isə... götür bunu da içək onun sağlığına!
Bunu deyib stəkanı başına çəkdi. Zakir də bir qurtum içib soruşdu:

XəyanətWhere stories live. Discover now