-Yaxşıdır, sağ ol!
- Uşağınız var?
- Hə, bir oğlum var.
-Allah saxlasın!
- Çox sağ ol...
- Bir dəfə gəlmişdim Bakıya. Sizin evi tapa bilmədim. Harada
olursunuz? Zakir qeyri-iradi olaraq evin yerini dedi. Dediyi şadlıq evinin qarşısında
bircə doqquzmərtəbə bina var idi. Onun qarşısında Zakir Məlikxanlının
mənzilini soruşmaq kifayət idi. Deməyinə peşman oldu evin yerini. «Birdən durub gələr... Bir söz deməsə də davranışından duyuq düşər
Zəminə...»
- Gələcəm sizə! - qız birdən dedi. - Zəminəni görməyə.
- Səni o qız gətirdi bura? - Zakir söhbəti dəyişmək üçün soruşdu.
- Hə! Yaxşı ki, o kişi özünə Naram seçdi. Yoxsa mən elə onu görən
kimi qorxdum. Vəhşidi elə bil... O kimdi?
- Elə vəhşi kimi bir şeydi... - Zakir Ruslanın Yarəli ilə olan söhbətini
xatırladı.
- Məndən incimisən, hə? - qız mehribanlıqla dilləndi. - Ancaq Vallah,
Zakir, pul çatdırmaq olmur. Həm də... Necə deyim?.. Adamın ürəyi istəyir...
- Sən düz iş görmürsən! - Zakir bunu deməyi, sadəcə, özünə borc bildi.
- Mənim yerimə başqası gəlsəydi buraya, o, düz iş görəcəkdi
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...