alışıb-yanmışdı. Ancaq hər hansı bir addım atmağa cəsarət etməmişdi. Gülafət xanım belə bir cəsarət üçün şərait yaratmamışdı. Bu o Gülafət xanım idi ki, Ruslan onun açıq dizlərini də görməkdən ötrü çox şeydən keçərdi. İndi Gülafət xanımın bütün alt paltarı da açıqda idi. Ruslanın bədəni dəmir kimi gərilmişdi. O, qarşısında uzanmış qadına artıq insan kimi yox, qarşısından qaçanda yorulub dizi üstə yıxılmış dişi ceyran kimi baxırdı. Özü də qızmış erkək pələng kimi ovunun üstünə atılmağa, onu parça parça etməyə hazır vəziyyətdə idi. Cəhənnəm olsun hər şey! Qanunlar da, qaydalar da, lap kişilik də, mərdlik də! O bu imkanı əldən buraxa bilməzdi! Əldən buraxsaydı, sonra ömrü boyu peşmançılığını çəkərdi... Tələsik gedib mənzilin qapısını içəridən bağladı və geri döndü. Divanda oturub sağ əlini qadının çiyninə qoydu:
- Gülafət xanım, ayılın!
Səsi tanıyan qadın dəhşətlə, arxası üstə çevrildi. Bu dəfə Ruslanın qarşısında daha da çılpaqlaşdı. Ruslanın gözlərindən şimşək çaxırdı. O, sol əlini uzadıb xalatın ətəyi ilə Gülafət xanımın qabağını örtdü.
- Belə niyə yatmısınız? Sizə soyuq dəyə bilər...
Qadın, gözucu, ayaqlarında gəzən ələ baxdı. Qalxmaq istədisə də, hansısa bir qüvvə onu qalxmağa qoymadı. Hiss etdi ki, müqavimət göstərməyə gücü yoxdur. Ruslanın baxışları onu içindən didib- tökürdü. «Heç olmasa baxmayaydı, mənliyimi tapdalayıb əzməyəydi...» - deyə düşündü. Ancaq danışa bilmirdi. Heç fikirləşə də bilmirdi... Ruslan bunu başa düşürdü. Hiss edirdi ki, həsrətində olduğu qadın, artıq, onun əlindədir.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...