36

88 5 0
                                    

Siz buna əminsinizmi?
- Bəli, əminəm!.. - Qasımlı müsahibəsini beləcə yekunlaşdırdı. Səhəri
gün bütün qəzetlər bu müsahibəni dərc etdilər. Qasımlı bilirdi ki, xəyanəti heç vaxt bağışlamayan Sergey Mariyadan intiqam almaq qərarına gələcək. Odur ki, qrimlənib, İvanovkaya getdi və Mariyanın evi ilə üzbəüz, küçənin o biri tərəfində yaşayan türkəçarəçinin evində, guya özünü müalicə etdirməyə başladı. Onun məqsədindən özündən başqa heç kəsin xəbəri yox idi... Sergey qurulmuş tələyə düşdü. Qrimlənmiş vəziyyətdə kəndə gəlib iki dəfə həmin küçədən keçərək Mariyanın evinə göz qoydu. Şübhəli heç bir şey görmədiyi üçün, nəhayət, evə girdi. Onu üzbəüz həyətdən izləyən Qasımlı həmin vaxt Mariyanı öz intiqamına qurban verdi. Onun həyətinə keçib Sergeyin evdən çıxmasını gözlədi. Sergey Mariyanı öldürüb həyətə çıxdı və bu zaman Qasımlı ilə üz-üzə gəldi. Qasımlı onu öldürməyi qəti qərara gəldiyi üçün silahını çıxarmağını gözlədi. İstəmədi ki, sonradan silahsız adama atəş açdığını desinlər. Sergey silahını çıxartdı. Ancaq atəş açmağa macal tapmamış Qasımlı tapançasındakı bütün güllələri onun sinəsinə boşaltdı.
Sonra bu işə görə onu
dolaşdırmaq istəyənlər də oldu. Ancaq müdafiə edənlər daha güclü çıxdı və Qasımlı günahsız hesab edildi. Lakin o, daha Moskvada işləmək istəmədi və istefaya çıxıb öz Vətəninə - Bakıya qayıtdı. Hərdən Qasımlı öz-özünə sual verirdi: «Sən necə adamsan?»
Ancaq bu suala qaneedici cavab tapa bilmirdi. «Mən xəfiyyəyəm! Mənim işim həmişə kimisə güdməkdir. Ancaq kimi? Əlbəttə, cinayətkarları, oğruları, qatilləri, bir sözlə, pis adamları! Onların

XəyanətWhere stories live. Discover now