48

78 4 0
                                    

düşünüb yazana kimi bir neçə dəfə vərəqləri korlayıb, və yenidən yazmağa başlayıb. Sonuncu dəfə, başlığı necə yazıbsa, yenə xoşuna
gəlməyib, və həmin sətri kəsib ataraq, bizim oxuduğumuz başlıqla məktubu yazmağa başlayıb.
- Siz, şəxsən, necə fikirləşirsiniz, Məlikxanlı günahkardır? - Qasımlı
soruşdu.
- Şəxsən mənim fikrimi soruşursunuzsa... - Ramin Əlibəyli bir qədər
tərəddüdlə dilləndi. - Nə qədər ağır olsa da, bəli!
- Bəs sabahkı ekspertizadan nə gözləyirsiniz?
- Sperma qalıqları Məlikxanlıya aid olmaya da bilər... Bu hələ
onun günahsızlığına sübut kimi qəbul edilməyəcək. Ortada yazılışına heç bir şübhə doğurmayan məktub və ölüm hadisəsi var...
Fazil Məmmədli polkovnikə baxdı. Yəni müstəntiq də xəfiyyənin mənzildə dediklərini deyirdi...
- Bəs sizin fikrinizcə, biz nə etməliyik? Mən və onun vəkili? - Qasımlı qarşısındakılara qəribə görünən sualı verib Fazili göstərdi. Müstəntiq Əlibəyli gülümsünüb nazik bığlarını tumarladı:
- Əgər doğrudan da, siz mənim məsləhətimi eşitmək istəyirsinizsə, şəxsən siz özünüzü boş yerə yormasanız yaxşıdır. Vəkil isə cinayət məcəlləsini vərəqləyib deməyə söz tapacaq...
Qanbay Qasımlı hələ ayaq üstündə dayanmışdı. Deyəsən, getmək istəyirdi. Ancaq birdən, nə düşündüsə, qəfil soruşdu:
- Qız özünü nə ilə zəhərləyib?
- Ekspertizaya görə... - Əlibəyli bir qədər duruxdu. - Adi zəhərlə...
Sianidlə...

XəyanətWhere stories live. Discover now