Onda bu sözlərin əsl mənası Gülafət xanıma çatmamış, hətta bir az qəribəgəlmişdi.“Mən səni çox sevirəm!..”
Bundan əvvəl də işə gedəndə Gülafət xanımı öpüb, “Səni çox sevirəm!” deyirdi. İndi sadəcə “Mən” sözünü də artırdı. Demək istəyirmiş ki, sənəxəyanət etmərəm? Etdi axı! Bu boyda böhtan olmaz ki!
“Özünü qoru!”
“Özündən muğayat ol!” deyirdi hərdən. Yəni özünü istidən, soyuqdan,əsəbdən, xəstəlikdən, nə bilim, maşından-filandan gözlə. İndi də sözü həmin mənada başa düşmüşdü və fikirləşirdi ki, əri təsadüfən belə dedi. Ancaq sən demə, özünü sarsıntıdan, ruh düşkünlüyündən qoru deyirmiş. Hətta bəlkə də, əri daha dərinə gedib “namusunu qoru”deyirmiş...
“Darıxma!”
“Mənsiz darıxma, axşam gələcəm!” demək deyilmiş bu. “Darıxma hər
şey yoluna düşər!” demək istəyirmiş.Bəlkə doğrudan da hər şey yoluna düşəcəkdi, unudulacaqdı? Necə olmasa, o kişidir... Gülafət isə, artıq namusunu itirmişdi.
“Mən başqasıyla oldum!.. İndi o ad mənə də yaraşırmı görəsən? O ad... Belə qadınlara qoyulan ad... Yox! Yox! Yox! Mən istəmirdim bunu! İstəmirdim! Niyazi sındırdı məni... Əwəl o tapdaladı, o çırpdı göydən yerə məni. Ruslan isə sonra ayaqlayıb xurd-xəşil elədi. O hadisə, o məktub barədə eşitməsəydim, yüz Ruslan gəlsəydi, mənə bir şey edə bilməzdi...”
“Mən səni çox sevirəm! Özünü qoru! Darıxma!...”
“Yox, sən məni sevmirsən! Sevsəydin, belə etməzdin, Niyazi! Özümü qoruya bilmədim o vəhşidən... Daxilimdəki qadınlıq ehtirası ona köməkçi
oldu. Çünki sındırmışdın məni. İradəm qalmamışdı. Darıxmaya bilmirəm.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...