38

84 5 1
                                    

V fəsil
Sirli məktub
Səhər açılan kimi Qanbay Qasımlı, birinci növbədə vəkil Fazil Məmmədli ilə əlaqə saxlayıb, onu evinə dəvət etdi. Məlikxanlının müdafiəsi işini
üzərinə götürməyi xahiş edib, tapşırdı ki, müstəntiqdən Veneranın ölümqabağı yazmış olduğu məktubun kserosurətini alıb ona gətirsin. O, eyni zamanda, xahiş etdi ki, Fazil aparılmış bütün ekspertiza işlərinin nəticəsini öyrənib ona bildirsin. O, Fazil Məmmədliyə arxayın idi və
bilirdi ki, bu vəkil istədiyini hansı yolla olursa olsun, qoparmağı bacarır.
İndi isə öz mənzilində oturub qəzetləri gözdən keçirir, Fazili gözləyirdi. Qapı açıldı. Gələn Nuranə idi. Otağa girib «Salam!» dedi və nədənsə bir
anlıq duruxub qaldı. Qasımlı ani olaraq başını qaldırıb salamı aldı və yenə də əlindəki qəzeti gözdən keçirməyə başladı. Qadın çevrilib mətbəxə nahar hazırlamağa getdi.Nuranə artıq altı aya yaxın idi ki, gündə iki dəfə polkovnikin mənzilinə
gəlirdi. Xörək hazırlayır, yuyulmalı paltarları yuyur, evi səliqəyə salıb gedirdi. Bunun üçün də ev sahibindən aylıq haqq alırdı.O, Qasımlının mənzili ilə üzbəüz, 24-cü mənzildə yaşayan

XəyanətWhere stories live. Discover now