59

72 5 0
                                    

Neçə dənə on min manatlıq pul var səndə?
-“Şirvan” bir dənədir. Qalanı hamısı minlikdir.
- Gətir o pulu buraya, baxmaq istəyirəm.
Oğlanın anası susub təəccüblə söhbətə qulaq asır, ancaq müdaxilə etmirdi. Səmid içəri qaçıb, tez də əlində bir on min manatlıq kağız pulla qayıtdı.Qasımlı cibindən həmin puldan çıxarıb uşağa verdi. Ondakı pulu alıb boş vərəq istədi. Səmid vərəqi gətirən kimi pulu səliqə ilə həmin vərəqə qoyub bükdü və onu da Fazilə uzatdı.
- Əlibəyliyə verərsən! - deyib qadına təşəkkürünü bildirdi və blokdan çıxdı. Bu zaman arxadan qadının səsi eşidildi:
- Qardaş, bir dəqiqə dayanın!
Qasımlı geri qayıdıb yenidən bloka girdi. Qadın ətrafa baxıb, söhbətini kənar şəxsin eşitməyəcəyinə əmin olandan sonra astadan danışmağa başladı:
- Dünən, günorta mən çörək almaq üçün blokdan çıxanda
gördüm ki, bir oğlan qabaqdan gəlir. Bizim bloka tərəf. Biz bir-birimizin lap yanından keçdik. Daha, sonra mən onu görmədim.
- Saat neçə olardı, onda?
- İki, ya üçün yarısı olardı...
- O, necə adam idi? - polkovnik sakitcə soruşdu.
- Belə... Necə başa salım?... Otuz-otuz beş yaşı olardı. Bığlı oğlan idi. Mədəni adama oxşayırdı. Bir əli tənziflə sarınmışdı. O biri əlində nə isə var idi...
- Nə idi? Xahiş edirəm, yadınıza salın! - Qasımlı təkidlə soruşdu.
- Nəsə nazik bir qovluq idi, ya jurnal idi, fikir vermədim.

XəyanətWhere stories live. Discover now