88

66 3 0
                                    

baş qaldırmış titrəməni saxlaya bilmirdi. Bədənində qəribə bir əzginlik hökm sürürdü. Üstəlik, içində, qeyri- normal hərəkətlərin nəticəsi olan, kəskin ağrı hiss edirdi.Heç nə düşünə bilmirdi. Düşünsəydi, dəhşətə gələrdi... Düşünə bilmirdi. Beyni tutulmuşdu elə bil. Özünü havasız bir boşluqda hiss edirdi. Hiss edirdi ki, nəyinisə əbədilik itirib, ancaq nəyini, onu da başa düşə bilmirdi. Bir onu dəqiq anlayırdı ki, əvvəlki Gülafət xanım deyil, dəyişilib. Yeni bir dünyaya, yeni bir həyata qədəm qoyub. Ruslan Gülafətlə olduğu dörd saat müddətində ona məhəbbət nəvazişləri, demək olar ki, göstərməmiş, heç olmasa qadınlığına, xanımlığına hörmətlə yanaşmamışdı. Özünün vəhşi qəlbindəki bütün arzularını həyata keçirmiş, qadının istəkləri ilə heç maraqlanmamışdı. Axıra yaxın isə onunla lap kobud rəftar etmişdi. Həmin anlarda ehtiraslar burulğanında üzən Gülafət, indiyə qədər görmədiyi maraqlı hisslər, oyunlar dünyasına düşdüyü üçün, özündə olmamış, Ruslanın bütün hərəkətlərini qəbul etmişdi. Əslində qəbul etməyə də bilməzdi. Həmin vaxtlar onun tam ixtiyarı, gözü heç nəyi görməyən Ruslanın əlində idi. Ancaq hər halda, dözmüşdü, kəskin etiraz etməmişdi.
İndi isə hər şey bitib qurtarandan, həm mənəvi, həm də cismani ağrılar baş qaldırandan sonra... ölmək istəyirdi. Hiss edirdi ki, insan kimi yaşamağın əsl ləzzəti getdi daha... Həyat mənasızlaşmışdı onun üçün.Venera adlı o qızın intihar qabağı keçirdiyi hissləri təsəvvür etdi. O qız da yəqin ki, Gülafətin indiki anlarını yaşamışdı.
“Bəlkə elə, mən də...”
Öz ölümü barədə düşünən kimi gözləri yaşardı. Hıçqırığını saxlamaq üçün dodaqlarını dişlədi.

XəyanətWhere stories live. Discover now