66

75 3 0
                                    

- Yorulmamısan ki, Asəf? - deyə soruşdu.
- Yox, yox, o nə sözdü, Gülafət xanım?
Onda Asəfin də səsində əvvəlkindən daha artıq mehribanlıq, daha artıq
sadiqlik hiss olundu. Gülafət xanım qabı ona qaytarıb, yerinə qoymağı xahiş etdi və Asəf arxasına keçəndə bu dəfə bədəninə yayılan istilik ona daha artıq ləzzət verdi. O xoş anları Gülafət xanım indiyə qədər unuda bilməmişdi.Asəf cavan, yaraşıqlı oğlan idi. Bir az da utancaqlığı var idi. Bəzi sürtük cavanların tayı deyildi. O, birdən-birə Gülafət xanımın gözündə daha da gözəlləşdi, şirinləşdi və doğmalaşdı. Onun bütün xahiş və göstərişlərini sevinclə yerinə yetirən, onun qulluğunda durmaqdan zövq alan bu oğlanı görmək istədi. Təkcə görmək yox, onun istək dolu baxışlarını üzərində duymaq, məhəbbət hiss-həyəcanlarını onunla bölüşmək arzusu keçdi ürəyindən. Daxilində baş qaldıran isti bir ehtiras onu incidirdi. Ona görə incidirdi ki, bu saat arzuladığı yanında yox idi. Ancaq bu ehtiras, həm də, onu xumarlandırır, qəribə, şirin bir burulğana salırdı. Gəlib ağzı üstə divanda uzandı. Rahatlıq tapa bilməyib çevrildi və əlini öz yaraşıqlı əndamına çəkdi. Birdən-birə həyatı, yaşayışı, taleyi ona çox mənasız və acınacaqlı göründü. Yenə ağzı üstə çevrilib hönkürtü ilə ağlamağa başladı.
Ağlayıb ürəyini boşaldandan sonra, ayağa qalxaraq əl-üzünü sərin su iləyudu. Yaxınlaşıb güzgüdə özünə baxdı. Onsuz da həmişə zərif və bir qədər də solğun olan sifəti bəzək-düzəksiz də gözəl və cazibədar görünürdü. Sağ yanağındakı kiçik qara xal simasını bir az da
şirinləşdirirdi.
Yenə otağında gəzişməyə başladı. Bir fikir qəlbinə getdikcə hakim
kəsilməyə başlayırdı. İstəyirdi ki, Asəf yenə də onun bədəninin naməhrəm

XəyanətWhere stories live. Discover now