51

80 6 0
                                    

- Elə demə! - Atayev təskinlik verməyə başladı. - Səbirli ol! Dost var, düşmən var! İnsanın başına iş gələr. Ancaq bu uşaq niyə özünə qəsd eləyib axı?
- Bilmirəm...
Doktor, qaynının məsləhətinə görə hələlik Məlikxanlının adını çəkmək istəmirdi. Bir də ki, öz dili ilə deyə də bilməzdi bu biabırçılığı...
- Dəfn nə vaxtdır? - Atayev soruşdu.
- Bilmirəm... - doktor əzgin halda blokun qapısına baxdı. - Hələ
verməyirlər meyiti...
Dostu onun son dərəcə yorğun olduğunu başa düşüb ayrılmağa tələsdi:
- Yaxşı, sən çıx evə, yorğunsan. Sonra söhbət edərik.
Muradzadə başı ilə razılığını bildirib bloka girdi və pilləkənləri ağır-ağır çıxmağa başladı. Onu ağır dərdə salan, ürəyini partlamaq dərəcəsinə gətirən, təkcə qızının ölümü deyildi. Əgər Veneranı küçədə maşın vursaydı, ya təsadüfi bir caninin əlində ölsəydi, vəziyyət bir az başqa cür olardı. Ancaq bədbəxt ata indi, sözlə ifadə edə bilmədiyi bir vəziyyətə düşmüşdü. Venera indi onun nəzərində əvvəlki məsum, körpə Venera deyildi. O, ləkələnmişdi... Murdar adamlar onu çirkaba bulamışdılar! Bu cinayət cəzasız qalmamalıydı. Doktor intiqam hissi ilə alışıb yanır, heç cür səbrini basıb ibtidai istintaqın nəticəsini gözləyə bilmirdi. Hadisənin dünən, günortadan sonra baş verməsinə baxmayaraq, ona elə gəlirdi ki, qızın ölümündən uzun bir müddət keçib və nəyə görəsə,
günahkarın cəzalandırılmasını yubadırlar...
Mənzilə girib, qəbir sükutu hökm sürən otaqları gəzməyə başladı

XəyanətDove le storie prendono vita. Scoprilo ora