9

147 9 0
                                    

Haradasan, ay Arif?! Bacın ölüb, xəbərin yoxdur. Biqeyrətlər,
namussuzlar öldürüb bacını. Bədbəxt eləyiblər bacını əclaflar! Anan ölsün, ay Arif! Gəl, ay Arif!
Mənzilin qapısı açıldı və polis formasında olan Həsənağa Nurəhmədov içəri girdi. Onun ardınca bir polis leytenantı da otağa daxil oldu. Nelya
xanım qardaşını görüb bir də nalə çəkdi:
- Evim yıxılıb, ay qardaş, evim yıxılıb!
Nurəhmədov bacısını sakitləşdirib meyitə yaxınlaşdı. Əyilib diqqətlə
onun üzünə baxdı. Sonra dərdli-dərdli başını bulayıb ayağa qalxdı. Stolun
üstündəki çay stəkanına əl vurmadan iylədi. Deyəsən bir şey anlamayıb
otağa boylandı və nəhayət, üzünü doktora tutdu:
- Niyə belə etmiş olar ki?
Muradzadə heç nə demədən qızının yazıb qoyduğu məktubu qaynına
uzatdı. Məktubu alıb oxuyan Nurəhmədov hiddət və təlaş dolu nəzərlərlə
əvvəlcə kənarda sakit dayanmış leytenanta, sonra isə bacısının ərinə baxıb
pıçıltı ilə soruşdu:
- Bunun onunla nə əlaqəsi varmış ki?!
- Bilmirəm... - karıxmış doktor yumruqlarını düyünlədi. - Heç nə
bilmirəm. Ancaq bu işi cəzasız buraxmayacam, Həsənağa, hər şeyimi
qoyacam bu işin yolunda! O alçaq cəzasına çatmalıdır!
- Sənə qurban olum, Həsənağa, - Nelya xanım səsini ucaltdı, - onu
tutub mənə verin, mən onu öz əllərimlə boğmaq istəyirəm. Əgər qanun
varsa, qoymayın o cəzasız qalsın! Əgər gücünüz çatmayacaqsa, mənə de,
özüm gedim birbaş prezidentin qəbuluna!
- Sakit ol, Nelya, o, cəzasını alacaq... - Nurəhmədov əlindəki vərəqi
qatlayıb cibinə qoydu.

XəyanətDonde viven las historias. Descúbrelo ahora