29

76 5 0
                                    

- Bəli! Mən sualı hələlik belə qoyuram.
- Həyat yoldaşım, oğlum, onun ailəsi, Ruslan, sürücüm... və bir çox işçilər. Mən işdən çıxarılsam, onlar üçün yaxşı olmayacaq.
- Bəs kimlər daha çox xeyir tapacaq?
- İnanın ki, bu, çox çətin sualdır... - Nazir çənəsini sığalladı. - Mən bu barədə bir daha fikirləşərəm...
Qasımlı bir də uzaqdan Gülafət xanıma nəzər salıb soruşdu:
- Deyəsən, yoldaşınızın bu işdən xəbəri yoxdur?
- Yox! - Məlikxanlı cəld dilləndi. - Deməmişəm. Çox qısqancdır
zalımın qızı. Ona görə heç qulluqçu da saxlamıram. Bu işi bilsə, ona çox pis təsir edəcək!
- Deməli belə... Mən sabahdan işə başlayıram... - Gecənin keçdiyini yadına salıb, səhvini düzəltdi. - Daha doğrusu, bu gündən! Siz Fazil Məmmədlini vəkil kimi tələb etməyi unutmayın. Və eyni
zamanda, hər bir addımı onun məsləhəti və razılığı ilə atın. İndi isə icazənizlə, mən gedim...
- Hə! - Ev sahibi saatına baxdı. İkiyə işləyirdi. - Buyurun!
Qasımlı ayağa qalxıb onunla görüşdü. Məlikxanlı da qonağını
yola salmaq üçün ayağa qalxdı. Xəfiyyə Ruslangilin yanından keçəndə onlarla başının hərəkəti ilə sağollaşdı və arxa qapını açıb maşına mindi. Ev sahibi ona yaxınlaşan dostuna nəzər salıb fikirli halda dedi:
- Çox cəsarətli adama oxşayır!
- Həm də özündən razı adama! - Saqqız çeynəyirmiş kimi dodaqlarını
gəmirən Ruslan Dadaşov cavab verdi. - Hələ hansı qara qüvvələrlə rastlaşacağını bilmədən, əks zərbədən danışır...
Qaplan qalxıb sahibinin yanına gəldi və başını onun ayaqlarına sürtməyə
başladı. Məlikxanlının bütün diqqəti sonsuz ümid bəslədiyi qonağının
əyləşdiyi maşında olduğu üçün itə əhəmiyyət vermədi.

XəyanətWhere stories live. Discover now