- Niyə yemirsən? - dedi. - İmtahandan çıxmısan, yəqin ki, acsan.
- Heç iştaham yoxdur! - Gülşən başını fikirli halda yırğalayıb cavab
verdi və qəfil soruşdu: - Bizi də danışdıracaqlar?
- Nə üçün? - Elnur təəccüblə dilləndi.
- Biz onun ən yaxın adamları olmuşuq, axı?! - deyə Gülşən izah
etdi.
- Bunun nə dəxli var ki? - Elnur bir az fikrə gedib, yenə dilləndi: -
Çox qəribədir, o özünü niyə öldürsün axı? Son vaxtlar özünü bir az qəribəaparırdı. Elə bil məndən gizlətdiyi bir sirri var idi...
- Nə sirr?
- Bilmirəm... Nəsə fikir çəkirdi, elə bil...
Gülşən nazik bığları qaraşın sifətinə yaraşan, eynəyinsə bir qədər zəhmli göstərdiyi Elnura baxıb düşündü ki, o, heç cür Veneranın intiharına səbəb ola bilməzdi. Ondan nahaq yerə şübhələnirlər. Venera, son gününə qədər, Elnurdan, bir dəfə də olsun, şikayətlənməmişdi. O bu qarayanız oğlanı həqiqi bir məhəbbətlə sevirdi və
ondan danışmaqdan heç vaxt doymurdu.Elnur özü də pis oğlan deyildi axı? Jurnalist, yazıçı... Böyük gələcəyi var idi onun! Yadına düşdü ki, bəzən Veneraya həsəd də aparırdı Elnura görə...
- Elnur, yadındadı, üçümüzün burada oturmağımız?
- Hə... - Elnur başını tərpətdi.
- Keçən ay.
-Ancaq bu stolda oturmamışdıq.
- Gülşən boylanıb kənardakı stolların birini göstərdi.
- Bax orda!
VOCÊ ESTÁ LENDO
Xəyanət
Mistério / SuspenseElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...