94

66 3 0
                                    

Bu qadın elə bu gecə məni xoşbəxt edə bilər. Artıq həmin xoşbəxtliyin astanasındayam. Çəkilimmi? Ya?.. Yox, mən bundan artıq heç nə edə
bilmərəm. Cəsarətim çatmaz buna...”Ancaq onun cəsarətlənməyinə çox da ehtiyac qalmadı. Gülafət bir anlıq onun dodaqlarından qopub:
- Sənin olmaq istəyirəm, Asəf! - dedi.
Həmişə Gülafət xanımın arzularına əməl edən Asəf onun bu dəli arzusunu
da gözündə qoymaq istəmədi. Bircə anda çılğınlaşıb, dünyada hər şeyi unutdu... O, Allahın insana bəxş etdiyi ən böyük möcüzəyə, ən xoşbəxt duyğulara aparan sirli və qaranlıq yolun son nöqtəsinə çatmışdı və nə qədər istəsə də, nə qədər dəli çılğınlıqla irəliyə can atsa da, bundan o yana gedə bilmirdi... Gülafət xanım Asəfin belini bərk-bərk qucaqlamışdı və daxilində duyduğu yanğı yavaş-yavaş beynini dumanlandıraraq, ətrafdakı hər şey kimi öz varlığını da unutdururdu...
...Yarım saat sonra Asəf sıçrayıb ayağa qalxdı və tələsik özünü düzəltdi. Gülafət əlləri əsə-əsə xalatını düymələdi və qurumuş dodaqlarını dili ilə
isladıb dəhşətlə Asəfə baxdı. Qapının zəngi çalınırdı...
Bir qədər dayanıb zəngin səsinə qulaq asdılar. Sonra Gülafət xanım dəhlizin işığını söndürüb asta hərəkətlə qapıya doğru getdi və tez də geri qayıdıb:
-Zakirdir... dedi.
- Getdi? - Asəf həyəcanla soruşdu. O, Məlikxanlının gələ bilməsindən
qorxuya düşmüşdü.
- Hə, getdi...

XəyanətWhere stories live. Discover now