11

164 12 0
                                    

Doktor daha deməyə heç bir söz tapmayıb susdu və kənara çəkildi. O, elə
bir vəziyyətdə idi ki, işin nə dərəcədə ciddi olduğunu hələ tam anlaya
bilmirdi. Nurəhmədov bacısının ərinə baxıb gizlicə ah çəkdi. Bacısından da çox ona yazığı gəlirdi. O boyda kişi elə bil kiçilib gərəksiz bir adam olmuşdu.
- Darıxma! - ona təskinlik verməyi özünə borc bildi. - Səbirli ol! Öləni
geri qaytarmaq mümkün deyil. Ancaq bu məsələ ilə özüm də məşğul olacam. Bacardığım qədər çalışacam ki, o adam ifşa olunsun.
O, təkcə sənə sataşmayıb, elə mənim də qeyrətimə toxunub.
- Nelya xanım yad adamın yanında özünü ləyaqətli aparmağa çalışırdı. Qızının meyitini ürəyi istədiyi kimi qucaqlamağa, doyunca ağı deyib, oxşamağa imkanı yox idi. Balasının görünməz ruhu indi, yəqin ki, göylərdə idi. Cansız bədəni isə onların ixtiyarında deyildi.
Onu aparacaqdılar, kəsib-tökəcəkdilər. Etiraz etməyə isə ixtiyarı yox idi
ananın!
- Anan ölsün, ay bala! - Nelya xanım yenə göz yaşlarını axıtmağa
başladı. Polis leytenantına elə gəlirdi ki, ana artıq bir qədər sakitləşib və zaman keçdikcə daha da sakitləşəcək. Hər şey tədriclə unudulmağa başlayacaq. Ancaq qətiyyən belə deyildi. Ana sakitləşəcəkdi, başını qatmaq üçün işə də gedəcəkdi. Nə vaxtsa yasdan çıxıb şənliklərdə də iştirak edəcəkdi. Lakin... Beş gün sonra, bir ay sonra, hətta beş-on il sonra elə bir an, eləbir xatirə yada düşəcəkdi ki, Nelya xanım indikindən də yanıqlı,indikindən də acı göz yaşları tökəcəkdi...
Mənzilin zəngi çalındı. Polis leytenantı qapını açanda rayon prokuroru
özü başda olmaqla, bir qrup adam içəri daxil oldu. Prokuror otaqdakılara

XəyanətHikayelerin yaşadığı yer. Şimdi keşfedin