107

60 0 0
                                    

Gülşən bir az fikirləşdi:
- Bilirsən, Akif, düzünü desəm, oğlanların məhəbbətinə heç
inanmıram mən. Nə bilim?.. Guya Veneranı sevirdi, amma təkliyə düşəndə mənə kompliment deyirdi. Qızın «sən»ə keçdiyini görən oğlan da ona «sən»lə müraciət etməyə başladı:
- Sən doğrudan da gözəlsən, onu qınamıram.
- Bəlkə o da sevirdi, deyə bilmərəm...
- Gülşən utanıb sözü dəyişdi.
- Onlar harada görüşürdülər?
- oğlan soruşdu.
- Elə burada
- universitetin qabağında görüşürdülər. Oğlanın maşını var. Veneranı bəzən maşınla aparırdı.
- Haraya?
- Bilmirəm... Yəqin ki, evlərinə!
- Kimin evinə?
- Veneragilin.
- Nədən bilirsən?
- oğlan maraqla soruşdu.
- Deyirdi, gəl maşınla aparım səni... Minib gedirdilər.
- Sən də minmisən onun maşınına?
- Bir dəfə...
- Haraya getmisiniz?
Onlar artıq köhnə tanışlar kimi söhbət edirdilər. Gülşənin oğlana qanı qaynamışdı. Həm də Veneranın qəfil ölümü onları doğmalaşdırmışdı, elə
bil.

XəyanətOnde histórias criam vida. Descubra agora