- Xeyr! Qızın öz əl izləri, bir də valideynlərinin və əməliyyat
işçilərinin.
- Narahat olmayın, mən heç nəyi korlamayacağam.
Qasımlı tozu əli ilə məktuba yayıb sonra onu çevirdi və toz yerə töküldü. O, yenə zərrəbinlə müşahidəsini davam etdirməyə başladı. Fazil Məmmədli, nə barədə isə, bir söhbət başlamışdı. Müstəntiq ona qulaq assa da, bir gözü Qasımlıda qalmışdı. Polkovnik indi ağ vərəqə hansısa qeydlər edirdi. Qaşqabaqlı görünməyindən başa düşülürdü ki, müşahidəsindən o
qədər də razı deyildi. Nəhayət, məktubu bir neçə dəfə gah işığa tutub, gah stolun üstünə qoyandan sonra, deyəsən, yoruldu və ayağa qalxıb onu müstəntiqə qaytardı. Qeydlər etdiyi vərəqi isə qatlayıb pencəyinin cibinə
qoydu. Müstəntiq məktuba baxdı. O, korlanmamışdı. Heç rəngdən də əsər-əlamət
yox idi.
- Bilmək olar, nə öyrəndiniz? - deyə polkovnikə müraciət etdi.
- Təəssüf ki, Məlikxanlının xeyrinə heç nə! - Qasımlı müstəntiqi diqqətlə süzüb cavab verdi. - Məktubu doğrudan da qız özü yazıb.Ancaq mənim üçün maraqlıdır, vərəqin yuxarıdan iki sətrinin
kəsilməsinə və yazının belə aydın, həm də səliqəli yazılmağına siz necə
baxırsınız?Əlibəyli məktuba bir də gözucu nəzər salıb cavab verdi:
- Vərəqin kəsilməyi elə bir şübhə doğurmur. Məktub tamdır. Müraciət və böyük hərflə başlanır: «Əziz ata və ana!»... Qaldı yazının sərbəst vəsəliqəli yazılmağı, mənim fikrimcə, bu ancaq onu göstərir ki... Venera bu məktubu heç bir zorakılıq olmadan, şəxsən özü, müstəqil yazıb. Belə çıxır
ki, o özünü öldürməyi bir neçə gün əvvəldən düşünüb, nəhayət, qəti qərara gələrək, bu məktubu belə soyuq qanlılıqla yazıb. Yəqin ki, o bu sözləri

YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...