Qadın bu mədəni adama diqqətlə baxıb bir anlıq fikrə getdi və danışmağı qərara aldı:
_ Mən xəstə adamam, ay bala. Oğlumla tək yaşayırıq. O da səhər tezdən gedib, gecə qayıdır. Bir tikə çörəyinin avarasıdır. Mən heç dünən mənzildən çıxmamışam. Oğlumun canı üçün düz deyirəm. Tək bir dəfəmüəllimin oğlu gələndə qapını açmışam. Pul yığırdı.Pulunu verdim, getdi. Saat üç olardı. Sonra heç qapını açmamışam.
- Müəllim kimdir? Onun oğlu pulu nə üçün yığırdı?
- Müəllim də... Adını da bilmirəm. Birinci mərtəbədə olur. 37-də. Hər ay bizdən iki min manatdan pul yığdırıb zibildaşıyanlara verir ki, zibili vaxtında yığıb aparsınlar. Yoxsa aparmırlar axı?! Aylaman yığılıb qalır. Şikayət eləmirəm ha!.. Elə bilərsiniz şikayət edirəm. Onlar da ailəsini saxlayır...Qasımlı qadına qısaca “Sağ olun!” deyib tələsik birinci mərtəbəyə endi. Heç nə başa düşməyən Fazil də təhqiqatın tezliklə bitəcəyi və haradasa nahar edəcəkləri ümidi ilə dönüb onun dalınca düşdü. O, bütün bunları mənasız və artıq bir iş hesab edirdi. Eyni zamanda onu da düşünürdü ki, məşhur xəfiyyə öz qəti qərarını verməzdən əvvəl hər şeyi özü yoxlamaq istəyirsə, buyurub yoxlasın. Ancaq bunu yemək yeyəndən sonra da etmək olardı.Polkovnik 37-ci mənzilin düyməsini basdı. Kimsə gözlükdən baxıb
çəkildi və qapının arxasından gənc bir qadın səsi eşidildi:
- Kimdir?
- Biz doktorun qohumlarıyıq. - Qasımlı ani nəzərlə Fazilə baxıb davam etdi: - 41-ci mənzildə yaşayanın. Xahiş edirik, bir dəqiqəlik qapını açın!
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...