- Səbəbini sənə başqa vaxt deyərəm. Bilirsənmi, Gülşən, Venera öləndə, məktub yazıb qoyub və həmin məktubda bir nəfərin adını çəkib. O adam indi vəkil tutub. Bizim də vəkilimiz var. Biz onun məsləhəti ilə hərəkət edirik. Sən isə, yaxın adamımız kimi, bizə kömək etməlisən. Söhbət əsnasında bu alışqanı əlində oynat. Ancaq yandırma! Yəqin, soruşacaq ki, bu kimindir? De ki, qardaşıma bağışlayıblar. O isə çəkən deyil. Xahiş etdim, mənə verdi. Sonra de ki, xoşun gəlirsə, mən də sənəbağışlayıram. Çalış alsın!
- Birdən almadı?
- qız inamsız halda soruşdu.
Oğlan gülümsədi:
- Səncə, belə alışqandan keçərlər?
-Yaxşı... - Gülşən razılaşdı.
- Dayan, hələ qurtarmayıb!
- Oğlan cibindən şüşə qutuya qoyulmuş
gözəl bir diyircəkli qələm çıxartdı.
- Alışqanı götürsə, de ki, məndən sənəyadigar olsun. Yadigardan, hədiyyədən söz düşəndə bu qələmi çantandan çıxarıb ona göstər. De ki, bunu mənə keçən il ad günümdə Venera verib. Ən əziz xatirə kimi saxlayacam. Özün qələmə əl vurma. Sadəcə qapağını aç, göstər. Çalış ki, alıb baxsın. Bu zaman onun əl izləri qələmdə qalacaq. Ancaq qələmi çox da qurdalamağa qoyma, xarab olar. Görüşünüz bitən kimi mənə zəng vur. Razısan?
Gülşən razılıqla başını tərpətdi. Ancaq özü də bilmirdi ki, bunu bacaracaq, yoxsa yox!
-Ay sağ ol! İndi gəl, nömrələrimizi bir-birimizə deyək! Gülşən cib telefonunun nömrəsini dedi. Oğlan da, öz növbəsində, nömrəsini ona verib dilləndi:
- Sənə nə qulluq edim? Bəlkə gedib bir yerdə nahar edək?
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...