68

65 3 0
                                    

stolun arxasında oturub, başını əlləri arasına almışdı. Asəf ondan bir qədər kənarda idi.
- Bağdayam...
- deyə cavab verdi.
- Niyazi oradadır? - qadın asta və titrək səslə soruşdu.
- Bəli... Ancaq getməlidir. Harasa çağırıblar.
Asəf burasını yalandan deyirdi. O, əslində, Məlikxanlının bağda
olmadığını deməli idi. Lakin xətrini dünyalar qədər istədiyi Gülafət
xanıma əwəldən yalan deyə bilmədi.
-Asəf, mən hər şeyi bilirəm...
- Bəli... - Asəf başqa söz tapmadı.
Yenə ürəyi döyünməyə başladı. Boğazının quruduğunu hiss etdi.
Desinmi?.. Cəsarətini toplamağa çalışdı. Axı niyə də deməsin? Hələ ki, burada heç nə yoxdur?! Tək qalıb... Darıxır... Ürəyi partlayır!
- Evə gələ bilərsən? Mənə lazım olacaqsan... - sözlər ağzından qəfil
çıxdı. Ancaq dilinin dolaşdığını da hiss etdi.
- Nə olub ki? - Asəfin səsində canıyananlıq var idi.
-Vacib lazımsan. Anamgilə gedəcəm...
- Gələrəm! Nə vaxt?
- Elə indi çıx! Mən hamamda olacam. Sən gələnə qədər çıxmasam,
mənzilin qapısı açıq olacaq, açıb girərsən...
- Baş üstə! Gəlirəm!
Vəssalam! Ancaq bu hələ heç nə demək deyildi. Hələ fikrini dəyişə
bilərdi. Hələ onu bürüyən bu qeyri-adi, maraqlı hisslərdən qurtarmaq
olardı. Ancaq nədənsə, qurtara da bilmirdi. Düşdüyü cığırla
kor-koranə gedirdi...

XəyanətWhere stories live. Discover now