3

241 16 2
                                    

Sağ ol, Ələsgər, hamısı yaxşıdır. Arif bir həftəyə gəlməlidir. Bir
imtahanı qalıb. Aydan balam necədir? Dediklərimə əməl edir?
- Hə, dərmanları içir... mən indi işdəyəm, ancaq tez-tez əlaqə
saxlayıram. - Atayev bir an ara verib, yenə danışdı. - Elə bil irəliləyiş var,
ay Əlisəttar. Ya mənə elə gəlir? Axşam fikir verdim, rəngi bir az özünə
gəlib...
- Əlbəttə, özünə gələcək! - Muradzadə məmnun olduğunu gizlətmədi.
- Mən demişəm, onu sağaldacam. Qoy dediklərimə düzgün əməl eləsin.
Sabah işə gələndə yenə baş çəkəcəm ona!
- Gözləyim səni?
- Yox, sən işində ol, özüm gəlib baxaram. Sənlik işim yoxdur.
- Yaxşı, anası evdədir də, işə getmir onsuz da. Öz evindi, öz balan. Gör neyləyirsən?!
-Arxayın ol, Ələsgər, özün demişkən, Aydan öz balamdı mənim. Nəyin
bahasına olursa olsun, sağaldacam onu!
- Sağ ol, doktor!
- Sağ ol...
Ələsgər Atayevin yeganə övladı olan Aydan Tibb Universitetində birinci kurs tələbəsi idi. Qəşəng, həm də ağıllı, tərbiyəli bir qız olan Aydanı bir ay olardı ki, çox nadir təsadüf edilən, qəribə bir xəstəlik üzürdü. Bu mərəz onu içəridən yeyir, heç bir ağrı-filan da vermirdi. Hərdənbir - üç gündə, dörd gündə bir dəfə halı pisləşir, huşunu itirirdi. Yazıq qız beləcə, göz görə-görə əriyib gedirdi.
Xoşbəxtlikdən bu xəstəlik və onun müalicəsi barədə doktor
Muradzadənin məlumatı vardı. O, müalicəni öz boynuna götürdü və söz verdi ki, qızı sağaldacaq. Onsuz da Bakıda heç bir həkim Aydanın

XəyanətTempat cerita menjadi hidup. Temukan sekarang