32

83 5 1
                                    

deməli, nə onun qəlbini təlatümə gətirən baxışlarını, nə də açıq sinəsini görməyəcəkdi. Bəs necə oldu ki, Qasımlı başını qaldırıb, ona tərəf əyilən gənc qadına belə maraq və diqqətlə baxmalı oldu? Hə! Yadına düşdü! Qadından hansısa gözəl bir ətir qoxusu gəlirdi. Gözü qadının əlindəki fincanda olan Qasımlı bu ətri duyan andaca başını qaldırdı. Ancaq nə olsun axı?! Özünə hörmət edən bütün qadınlardan ətir iyi gəlir... Təcrübəli kriminalist olan Qanbay Qasımlı qadın və kişi ətirlərindən yaxşı baş çıxarırdı. Bütün məşhur ətirləri qoxusundan ayıra bilirdi. O, buna uzun məşqlərin sayəsində nail olmuşdu və Moskvada milis sistemində işləyəndə bu qabiliyyəti bəzi cinayətlərin açılmasında ona kömək olmuşdu. Ancaq Məlikxanlının arvadı hansı ətirdən istifadə etmişdi ki, onu başını qaldırmağa məcbur etmişdi?
Polkovnik öz qeyri-adi istedadından istifadə edib ətri xatırlamağa çalışdı.
Həmin saat nazik, sərt qaşları düyünləndi. Və birdən-birə hər şey ona aydın oldu!.. İstəməsə də xatirələr onu neçə
illər əvvələ apardı...
Qanbay Qasımlı Bakıda doğulmuşdu. Ata-anasının tək övladı idi. Mayor rütbəsində olan atası Bakıdakı hərbi hissələrin birində xidmət edirdi. Qasımlı onu sərt və qaraqabaq bir adam kimi xatırlayırdı. Heç vaxt üzü gülməzdi. Anası isə uşaq həkimi idi. Çox mülayim təbiətli, xeyirxah və gözəl bir qadın idi. Balaca Qanbay hələ körpəlikdən öz qeyri-adi istedadı, güclü yaddaşı ilə valideynlərini təəccübləndirirdi. Sonradan onun qabiliyyəti başqa sahələrdə də üzə çıxdı və Qasımlı oxuduğu məktəbdə böyük hörmət qazandı. Müəllimlər onun üstündə
bir-birləri ilə mübahisə edirdilər. Kimya müəllimi onun böyük kimyaçı, riyaziyyat müəllimi dahi riyaziyyatçı, fizika müəllimi görkəmli fizik

XəyanətWhere stories live. Discover now