69

67 3 0
                                    

Soyunub vanna otağına girdi. Duş qəbul etdi. Sərin su damcıları bədəninə
yayıldıqca, əli ilə sinəsini, ağappaq, sağlam budlarını sığallayır, elə bil atəşini söndürmək istəyirdi. Deyəsən bədənini sərinlədən suyun xeyri də oldu. Daxilini yandıran ehtiras öləziməyə başladı...
«Mən nə etmək istəyirəm? - deyə düşünməyə başladı. -Vallah, bu
uşaqlıqdır, mən edirəm. Guya bununla nə olacaq ki? Sənə nə deyim, ay Niyazi, bunlar hamısı sənin ucbatındandır!» Qəlbində ərinə qarşı nifrətə oxşar bir şey də əmələ gəldi. Cəld qurulanıb, ağ rəngli alt paltarını əyninə keçirtdi. Üstündən mavi xalatını da geyinib vanna otağından çıxdı.«Heç nə lazım deyil! Nahaq yerə zəng vurdum. Gəlsin, deyəcəm ki, fikrimi dəyişmişəm, başım ağrıyır...»Lakin bu hislər çox az çəkdi. Cəmi beş dəqiqə... Qəbul etdiyi duşun sərinliyi bədənindən gedən kimi, o dəli istək yenidən öz yerinə qayıtdı. Qərarlaşdırdığı kimi, qapıya gedib, vurulmuş cəftəni çəkdi və geriyə qayıdıb divanda uzandı. Xoş və şirin xəyallar yenə onu öz qoynuna aldı... Qapının zəngi çalınanda, diksinib həyəcanlanmağa başladı. Tezüzünü divanın söykənəcəyinə tərəf çevirib, böyrü üstə uzandı. Yaxası
açıq olan xalatını yana çəkib, dizlərini qatladı. Gözəl, çılpaq ayaqları və alt paltarın qoruduğu arxa sahələr xalatdan tamam azad oldu. Xoş, ancaq həm də çox güclü həyəcandan ürəyi az qalırdı yerindən çıxsın. Qapı açıldı və kimsə mənzilə girdi. Birbaşa otağa keçib onun başı üstündə dayandı. Səs salmadan dayanıb bu qeyri adi gözəlliyə tamaşa etməyə başladı.Gülafət xanım qəribə hisslərin əlinə düşmüşdü. Bu hisslərdən tezliklə ayrılmaq istəmir, bütün bədəninə ilıq bir səadət gətirən anların uzanmasını
istəyirdi. Özünü yatmış kimi göstərib, ağır-ağır nəfəs alırdı. Bu saat Asəfin nə düşündüyünü bilmək istəyirdi.

XəyanətМесто, где живут истории. Откройте их для себя