42

76 4 0
                                    

radələrində baş verib. Hə... Ekspert onu da müəyyənləşdirib ki, qızın bakirəliyi bir qədər əvvəl pozulub...
- Bir qədər əvvəl, yəni nə vaxt? - təcrübəli xəfiyyə onun sözünü kəsdi.
- Doğrusu... bunu dəqiqləşdirmədim. - Fazil dilləndi.
- Yaxşı, davam edin! - Qasımlı yenə də onu dinləmək üçün diqqətini topladı.
- Hə... Qızın bakirəliyi pozulub! Əlbəttə, qoruyucudan istifadə
etdikdə bunun kim tərəfindən edildiyini bilmək çətindir. Ancaq qızın uşaqlıq yolunda kişi spermasının cüzi qalıqları aşkar edilib ki, bunun da kimə məxsus olduğu hələlik bilinmir. Bunun üçün Məlikxanlının spermaları ekspertizaya verilməlidir. Bunu mən özüm də tələb etdim. Mənə belə gəlir ki, bu olarsa, Məlikxanlı elə bu başdan təmizə çıxacaq və məktubun böhtandan başqa bir şey olmadığı aşkarlanacaq. Beləliklə, bu işdə sizin xəfiyyə fəaliyyətinizə də ehtiyac qalmayacaq. Əlbəttə, bu böhtanın kimlər tərəfindən və nə üçün təşkil edildiyini öyrənmək istəsəniz, bu başqa məsələ. Ancaq şəxsən məni o maraqlandırır ki, müdafiə etdiyim adamın günahsızlığı sübut olunsun. Sonrası ilə işim yoxdur! Fazil Məmmədli öz məruzəsini qurtarıb susandan sonra da, polkovnik bir qədər onun arıq sifətinə, yerində bir an da dayanmadan oynayan gözlərinə tamaşa etdi və nəhayət, ağır-ağır danışmağa başladı:
-Mən sizinlə, heç də, razı deyiləm. Spermanın Məlikxanlıya aid olmadığının sübut olunması, hələ məsələnin həll olunub qurtarması deyil. Necə olub ki, Venera adlı qız bu məktubu yazıb, bax bunu mütləq aşkar etmək lazımdır! Bu, məhkəmədə qələbə qazanmaq üçün sizə hökmən lazım olacaq!
Vəkil bir az düşünüb dedi:

XəyanətDonde viven las historias. Descúbrelo ahora