53

78 7 0
                                    

Qızınızın əsas rəfiqəsi kimlər idi, əks cinsdən dostu var idimi, əsas
məşğuliyyəti nə idi? Bu kimi suallara cavab versəniz, sizə çox minnətdar
olarıq. Yəqin sizin üçün də maraqlı və vacibdir ki, bu hadisənin necə və
hansı səbəblərdən törəndiyini aşkara çıxaraq.
Qanbay Qasımlının nüfuzedici və ağıllı baxışları öz işini görmüşdü.
Doktor bir qədər sakitləşmiş, istintaqa kömək etməyin vacib olduğunu
başa düşmüşdü. Odur ki, o da təmkinlə danışmağa başladı:
- Doğrusu, boynuma almalıyam ki, bu hadisədə mən də, anası da
günahkarıq. Biz, başımız öz işimizə qarışdığı üçün qızımızın həyatı ilə
maraqlana bilmirdik. Necə oxuyur, kimlərlə oturub-durur, dərsdən sonra
haralarda olur, bax, bunlardan bizim kifayət qədər məlumatımız olmayıb.
Pul istəyəndə vermişik, pal-paltar almışıq və elə bilmişik ki,
bununla da öz borcumuzu yerinə yetiririk. Bəli... Biz də günahkarıq...
Rəfiqə deyirsiniz... Elə bilirsiniz, tanıyıram rəfiqələrini? Xeyr, tanımıram.
Bir onu bilirəm ki, qrup yoldaşlarından Gülşən adlı qızla, hərdən,
axşamlar telefonla danışırdı. Qızın adı bundan yadımda qalıb... - alnını
qırışdırıb Qasımlıya baxdı. - Sonra nə soruşdunuz?
- Oğlan dostu olubmu? - Qasımlı sualı təkrar etdi.
- Xeyr, məncə, yox! Ancaq əslində bayaq dediyim kimi, indi başa
düşürəm ki, onun həyatından xəbərsiz olmuşam. Təsəwür də edə
bilmirəm, Məlikxanlı kimi adamlar hara, mənim qızım hara?!
- Məşğuliyyəti nə idi qızın?
- Dərslərini oxuyurdu... Musiqiyə qulaq asmağı sevirdi. Bir
audiokaset gətirmişdi haradansa. Son günlər, gündə neçə dəfə ona qulaq asırdıƏsas da bir türk mahnısına... Sözlərinin bir misrası mənim də
yadımda qalıb: Qara xəbər tez duyulur...
- Barış Mançonun mahnısıdır. - Fazil cəld dilləndi.

XəyanətWhere stories live. Discover now