Axşam bağda, ərinin qonağı olan o ciddi şimalı kişi yadına düşdü. Qəhvə fincanını onun qarşısına qoyanda, o, qadının gözlərinə elə bir iti baxışla baxdı ki, baxışları iti bıçaq kimi kəsib, Gülafət xanımın içini doğradı. O, görəsən, nəyə görə qəflətən belə baxdı? Qətiyyən qadın düşkününə oxşamırdı o! Ancaq yəqin, o da Gülafət xanımın gözəlliyi qarşısında dözə bilməmişdi. Elə Gülafət xanımın da, iik baxışdan, ondan xoşu gəlmişdi vəözündən asılı olmayaraq bunu baxışları ilə bildirmişdi.Ətrafında o qədər, ərindən də yaxşı kişilər tapa bilərdi ki! Ərinin heç uşağı da olmurdu... Məgər Gülafət ona xəyanət edə bilməzdi? Əlbəttə, edə bilərdi! Buna imkan da var idi. Asəf özü istənilən vaxt onun sərəncamında idi. Lakin Gülafət xanım ərinə xəyanət etmək, öz təmiz adına, öz xanımlığına ləkə yaxmaq istəmirdi.
Ah Niyazi! Məgər mən kimdən pisəm ki, məni başqalarına dəyişmisən?
İndiki qızların hansı sənə verdiyim xoş duyğuları verə bilər axı? Heç biri!
Niyə özünü də, məni də rüsvay elədin? İş yoldaşlarımın, rəfiqələrimin üzünə necə baxacağam mən?
O, elə bilirdi ki, çox yuxarılardan aşağı yuvarlanıb. Hiss edirdi ki,
daxili mənliyi də əwəlki deyil. Bu mənlik tapdalanmışdı. Poliklinikada həmişə ona qibtə edənlər, şirin dillə dindirib, nəvaziş göstərənlər, ona ideal və əlçatmaz bir xanım kimi baxanlar arxasınca pıçıldaşacaq, rişxənd edəcəkdilər.
Ona elə gəldi ki, bax indicə, ən adi bir kişi ilə
- fəhlə olsun, sürücü olsun, fərqi yoxdur
- əlaqədə ola bilər... Lakin, yox! O başa düşdü ki, bərk əsəbiləşdiyi və sarsıldığı üçün belə düşünür. Əslində Gülafət xanım sınmışdısa da, parçalanıb tökülmək istəmirdi. Bəlkə də bu sınığı, nəvaxtsa, yamamaq mümkün olacaq. Ancaq qüruru, mənliyi parçalanıb tökülsə, yığıb yığışdırmaq olmayacaq

CZYTASZ
Xəyanət
Tajemnica / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...