- Yox! - ev sahibi başını buladı. - Bir nəfəri gözləyirəm. O gələndə
gətirərsiniz. Nuranə dönüb çıxdı və yenə mətbəxdə öz işi ilə məşğul olmağa başladı.
Bu qadın demək olar ki, Qasımlının nəzərində yox idi. Altı ay ərzində ona bir dəfə də olsun, xüsusi diqqət yetirməmişdi. Onun müsbət
xüsusiyyətlərini sanki yalnız daxilən duymuşdu. Beləliklə də onun bu mənzilə gəlib-getməyini ürəyində qəbul eləmişdi. Ona qulluqçu kimi də baxmırdı. İnsanların qüruruna toxunmaq, Qasımlının nəzərində ən böyük günahlardan biri idi. Gənc qadına, imkan daxilində, göstəriş verməməyə, danışdırmamağa çalışırdı. Heç aylıq haqqını da ona özü vermirdi. Pul Nuranəyə Fədayənin vasitəsilə
çatdırılırdı. Qeyd etmək lazımdır ki, verdiyi pul da az deyildi. Nuranənin öz kiçik ailəsini dolandırmağa bəs edirdi. Qapının zəngi çalındı. Nuranə qapıya getdi. Gələn vəkil Fazil Məmmədli idi. Həddindən artıq arıq, həm də çox cəld olan bu adam içəri, öz adətincə, səs-küylə daxil oldu və gəlib ev sahibi ilə üzbəüz kresloda oturdu. Əlbəttə, bunun üçün heç təklifdə gözləməzdi və danışmağa başladı:
- Deyəsən, gecikmişəm hə, Qanbay müəllim? Əvvəlcə gedib nazirlikdə Məlikxanlı ilə görüşdüm. Orada sakitlikdir. İşçilərin, çox güman ki, baş verən hadisədən xəbərləri yoxdur. Elə kabinetdəcə müdafiə
haqqında müqavilə bağladıq. Yaxşı da haqq verəcək.
Sonra gedib poliklinikada Gülafət xanımla söhbət etdim.
- Dayanın görüm, - Qasımlı onun sözünü kəsdi. - Gülafət xanım
kimdir?
- Məlikxanlının arvadı?! - Fazil elə cavab verdi ki, sanki Qasımlı onu tanımamaqla böyük günah işlətmişdi.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...