- Sən haradan tanıyırsan onu?
- Məni tanımadın? Zəminənin xalası qızıyam...
Zakir yadına salmağa çalışdı. Zəminənin rayonda xalası var idi. Ancaq bu rayonda yox! Bu qız əvvəldən ona tanış gəldi. Gülçöhrə olmasın?!
- Yadındadı?.. - qız davam etdi. - Sizin toyunuzda mən də anamla gəlmişdim. Beş il əvvəl. Onda mən 9-cu sinifdə oxuyurdum. Hələ sizinlə
oynadım da!.. Ondan sonra görməmişəm sizi. Gülçöhrəyəm də!.. Hər şey Zakirin yadına düşdü. Ancaq o, düşdüyü vəziyyətin yaratdığı
sarsıntıdan danışa bilmirdi. İçdiyi arağın təsiri də uçub gedirdi. Alnını bərk-bərk ovuşdurdu.
- Deyirəm axı... Mənə o saat tanış gəldin. Ancaq siz bu rayonda yaşamırdınız axı?..
- Hə! Burada oxuyuram. Texnikumda.
- Bəs... niyə axı belə... utanmırsan?!
- Buraya gəlməyimi deyirsən? Sən Allah, soruşma! Naraya qoşuldum. Mənimlə bir otaqda kirayədə qalır. Ancaq nəyə deyirsən and içim ki, bu ikinci dəfəmdir. Zakir deməyə söz tapmırdı. Hirslənib onu qovsunmu? Yox, bu onun bacardığı iş deyildi. Onda belə qətiyyət yox idi. Bir də ki, qız getməyəcəkdi. Üstəlik Ruslanın yanında biabır olacaqdı. Bəlkə elə... kim biləcək? Yox, nə vaxtsa Zəminə bilər... Onlar kiçik pəncərədən azacıq işıq süzülən qaranlıq otaqda, eyni çarpayıda yanaşı uzanmışdılar. Danışmırdılar. İkisi də nə barədəsə
düşünürdü. Yenə birinci olaraq qızın səsi gəldi:
- Zəminə necədir?
KAMU SEDANG MEMBACA
Xəyanət
Misteri / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...