30

82 5 0
                                    

IV fəsil
Qara xəfiyyə
«Mersedes» ağır-ağır dönüb, Asəfin açdığı darvazadan çıxdı və bağ evlərinin arası ilə şəhərə doğru yol aldı.
- Səni çox gözlətdim, deyəsən? - Qasımlı soruşdu.
- Xoşdur! - Mahir arxaya baxmadan cavab verdi. - Bilmək olar nəişdir?
- Olar!
Polkovnik baş vermiş hadisəni qısa olaraq danışdı.
- Siz Məlikxanlıya inanırsınız? - kapitan geriyə çevrilib sual verdi.
- Bilmirəm... - Qasımlı könülsüz dilləndi.
Mahir daha sual vermədi. «Çox güman ki, qeyri-adi bir əməliyyat başlanır. Əgər əməliyyat başlanırsa, deməli, Qanbay müəllimdən söz
qoparmaq mümkün olmayacaq!» Bunu düşünən gənc kapitan sürəti artırıb, diqqətini yola verdi. Gecə yarısı olduğu üçün asfaltda çox təsadüfi
maşınlar görünürdü.
Mahir Talıbov polkovnik Qasımlı ilə tanış olduğu az bir vaxt ərzində onun
xasiyyətinə öyrəşmişdi. Bilirdi ki, o mərd və öz mənliyini uca tutan adamdır. Həyat yoldaşı faciəli surətdə öləndən sonra heç bir
qadına ayrı nəzərlə baxmamışdı. Ayrı nəzər deyəndə ki, Qasımlı heç vaxt xırda və keçici hisslərlə yaşayan adam olmamışdı. Qadın düşkünlüyü, ağlı
ehtirasa təslim etmək onun nifrət etdiyi xüsusiyyətlərdən idi. O öz peşəsini sevirdi və bütün həyatını da buna bağlamışdı. Çətin, qaranlıq,

XəyanətWhere stories live. Discover now