az qalırdı onu dəli eləsin. O, bir daha başa düşdü ki, xoşbəxtdir! Düşdüyü bu çıxılmaz vəziyyətə baxmayaraq, yenə xoşbəxtdir. Xoşbəxtdir, ona görə ki, belə bir arvadı var!
«Verdiyin bu xoşbəxtliyi mənə çox görmə, ay Allah! Məni düşdüyüm bu rüsvayçılıqdan xilas elə! İmkan vermə ki, Gülafət bundan xəbər tutsun!»
- deyə ürəyində Allaha yalvaran Məlikxanlı:
- Nə danışırsan, Gülya? Sən yanımda olandan sonra heç bir
narahatlığım ola bilməz! - dedi.
- Doğrudan, nə olub? - arvadı inadla soruşdu. - Qonaqların kim
olacaq?
- Heç! - Məlikxanlı onu azdırmağa çalışdı. - İşlə əlaqədar söhbətim var.
Ruslandı, bir də bir nəfər başqa adam...
Gülafət xanım daha bir söz deməyib stəkana çay süzdü və dönüb evə
getdi. Əri onun arxasınca elə baxırdı ki, sanki onu birinci dəfə görürdü.Bu qadının, doğrudan da gözəl bədən quruluşu var idi. Geydiyi xalat onun
gözəlliyini bir az da artırırdı. O, ətli-əndamlı, yeriyəndə dingildəyən qadınlardan da deyildi. Sadə, azacıq naz qatılmış yerişi, normal boy buxunu var idi. Naməhrəmlər üçün yasaq olan hər yeri gizlətmiş xalat,
beldən bir az aşağı iki yerdən enli sahələrlə qabarmışdı. Sahibi hərəkət etdikcə, bu qabaran sahələr bir- birinə naz edirmiş kimi oynaşır, yavaş-
yavaş yuxarı-aşağı gedib- gəlirdilər. Məlikxanlı dərindən ah çəkib, çayı içməyə başladı və içib qurtaran kimi
bir siqaret yandırdı. Bu saat onun gözünə heç nə görünmürdü. Bircə bu
dolaşıq işdən çıxa bilsəydi!.. Hörməti, nüfuzu, vəzifəsi, azadlığı, hətta həyatı təhlükə altında idi. Azərbaycanlılar namus intiqamını çox vaxt qanuna etibar etmirlər. Hər şey ola bilərdi.
VOCÊ ESTÁ LENDO
Xəyanət
Mistério / SuspenseElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...