«Asəf məni çağırmayacaq, - deyə düşündü. - Utanacaq. Bəlkə özüm çevrilim? Özümü yatıb-ayılan kimi göstərərək, qalxım və deyim ki, bağışla, yuxuya getmişəm».
Bununla da hər şey bitəcək və bu anların şirinliyi hər ikisinin yaddaşından uzun müddət silinməyəcək. Asəf həmişə onu görəndə utanacaq. O da Asəfi... Həmin bu anlarda, dünyada Gülafət xanım üçün Asəfdən əziz, Asəfdən doğma heç kəs yox idi. Asəfin onun çılpaq bədəninə tamaşa edərək, daxilən alışmasına görə, hətta ona yazığı da gəldi. Ürəyindən keçirdi ki, kaş oğlan cəsarətlənib ona yaxınlaşaydı. Heç olmasa qucaqlayaydı onu... «Cəhənnəm olsun hər şey! Niyazi, onsuz da, qədrini bilmədi sadiqliyimin...» Ancaq... Gülafət xanım bilmirdi ki, onun başının üstündə dayanıb ehtirasdan boğulan Asəf yox, Ruslandır! Bəli, Ruslan Dadaşov! O, yolüstü Gülafət xanıma baş çəkib, onun baş vermiş hadisəni bilib bilməməsini öyrənmək istəmiş, zəngi çalandan sonra qapının açıq olduğunu görüb mənzilə girmişdi.Ruslan Dadaşov heç nə anlaya bilmirdi. Gülafət xanım nəyə görə qapını açıq qoyaraq beləcə yatıb?.. Tez də ağlına gəldi ki, yəqin həmin hadisədən və məktubdan xəbər tutaraq sarsılıb. Hətta bəlkə də içib?Ancaq Gülafət xanım spirtli içkiləri indiyədək dilinə də vurmamışdı.Ruslan özünə gəlib, vəziyyəti qiymətləndirməyə başladı. Hər nə səbəbə görə yatıbsa da, dəxli yoxdur. Onun qarşısında təsvir edilməsi mümkün olmayan gözəllik durmuşdu! Bu gözəlliyi heç bir rəssam yarada bilməzdi. Çünki bu görünüşün gözəlliyi təkcə görünüşündə deyildi. Həm də canlılığında, hərarətində idi. Bu görünüş Ruslan üçün həm də ona görə əvəzolunmaz idi ki, qarşısında uzanan başqa qadın yox, Gülafət xanım idi! O Gülafət xanım ki, Ruslan onun üçün həmişə
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...