Yox! - Qasımlı etiraz etdi. - Əgər mən bu işə qarışmalı olacağamsa, vəkil mənim deyəcəyim adam olmalıdır.
-Siz kimi təklif edirsiniz? - Məlikxanlı cəld soruşdu.
-Fazil Məmmədlini! Cavan, həm də bir az çoxdanışan olsa da
bacarıqlı və bilikli vəkildir. Cəsarətlidir. Ən əsası isə odur ki, o mənə tabe olmağa razılıq verəcək. Siz mütləq onu tələb edin!
- Mən razıyam! - Məlikxanlı dilləndi. - Ancaq siz nə qədər haqq alacağınızı demədiniz...
- Məbləği özünüz təklif edin! - Xəfiyyə adətinə uyğun olaraq alacağı haqqın qədərini söyləməkdən boyun qaçırdı.Məlikxanlı yüksək bir məbləğin adını çəkdi. Bu Qasımlının gözlədiyindən yuxarı idi. Ona görə də düşünmədən razılaşdı:
- Belə danışaq ki, göstərdiyiniz məbləğin müqabilində mənim
borcum sizin adınızı bu biabırçı ləkədən qurtarmaqdır. Əgər sizə qarşı işləyən qara qüvvələr varsa, onları ifşa etmək, yaxud əks zərbə vurmaq
lazım gələcəksə, bunun haqqı ayrı olacaq. Dediyiniz məbləğin isə yarısını qabaqcadan verməlisiniz!
Məlikxanlı bu qaraqabaq adamı dəvət etməkdə yanılmadığını başa düşürdü. Onun cəsarət və qətiyyət ifadə edən danışığı qəlbində ümid
qığılcımları yandırmağa başlamışdı.
- Razıyam, nə vaxt?
- Sabah! - Qasımlı başı ilə maşınlara tərəf işarə etdi. - Sürücülər həll
edərlər. Asəf maşınların yanında Gülafət xanımla söhbət edirdi. Daha doğrusu, Gülafət xanım onu söhbətə tutmuşdu. Asəf isə ona diqqətlə qulaq asır,
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...