15

131 8 0
                                    

bacısı ərə gedəndən və universitetdə müəllim işləyən atası vaxtsız vəfat etdikdən sonra anası ilə tək qalmışdı. Məktəbi qurtarıb poliklinikada işləməyə başlayandan sonra ona, demək olar ki, evlənmək təklifi
edilməmişdi. Bu heç də o demək deyildi ki, onda cəlbedici bir şey görmürdülər. Əksinə, Gülafət xanım çox gözəl, hətta eyibsiz bir qadın idi.Qara saçları, uzun, nazik qaşları, üzündə olan bir neçə qara xalları,utancaq ala gözləri simasına təsvirəgəlməz yaraşıq verirdi. Çox vaxt bir topa saç alnından sürüşüb gözünün üstünə düşürdü ki, bu da onun gözəlliyini bir az da ürəkaçan edirdi. Ancaq onu daha çox cazibədar edən dodaqları idi. Üstündən utancaq təbəssümü əskik olmayan dodaqları bu qadını, baxanların nəzərində çox şirin, təmiz və nədənsə əlçatmaz göstərirdi. Bəlkə elə buna görə də bir çoxları, istəsələr də ona
yaxınlaşmağa cəsarət etməmiş, özlərini ona layiq bilməmişdilər. Onu, nəhayət, bir il əvvəl, hansısa toyda, Məlikxanlının indi köçüb əri ilə Türkiyəyə getmiş bacısı görüb bəyənmiş və onların arasında vasitəçilik etmişdi.Gülafət xanım mavi rəngli xalatda, əlində çaydan həyətə düşüb ərinə
yaxınlaşdı:
- Çay içirsən?
Məlikxanlı üzücü fikirdən ayrıldı:
- Hə... içirəm!
- Nə olub? - Gülafət xanım qayğıkeşliklə soruşdu.
- Heç nə...
- Yox, elə bil narahatsan?! - qadının səsində bütün dərdləri unutdura bilən bir şirinlik var idi.Məlikxanlı başını qaldırıb gənc arvadının gözlərinə baxdı. Bu utancaq gözlərin lap dərinliyində şıltaq qığılcımlar oynaşırdı ki, həmin qığılcımlar

XəyanətDonde viven las historias. Descúbrelo ahora