102

63 1 0
                                    

Asəf gəldi. Maşını həyətə salıb, darvazanı bağladı və bir qədər narahat addımlarla stola yaxınlaşdı:
-Axşamınız xeyir!
Məlikxanlı onun salamını alan kimi cəld soruşdu:
- Niyə çağırmışdı?
- Heç, elə bu məsələ barədə maraqlanırdı. Sonra ayaqüstü öz evimizə də baş çəkdim. Ona görə gecikdim... O, Məlikxanlının üzünə baxa bilmirdi. Ruslan gözaltı onu diqqət süzgəcindən keçirib düşündü:
“Nəyə görəsə özündə deyil. Kişinin də üzünə yaxşı baxa bilmir. Görəsən,
bir şey eləməyib ki, Güliçkaya? Mənim Güliçkama... Ancaq heç
inanmıram. Gülafət hələ üç-dörd gün özünə gəlməyəcək”.
- Nə danışdınız? - Məlikxanlı sual verdi.
- Dedim ki, Niyazi müəllimin heç vaxt məndən gizlin işi olmayıb.
Mən isə and içirəm ki, həmin məktubda yazılanlar böhtandır.
- İnandı?
- Məncə, bir az inandı.
-Yaxşı... - Məlikxanlı başını tərpətdi.
Asəf aralanıb maşının yanına gedən kimi, Ruslan da qalxdı:
- İcazə verin, mən gedim. Sizə baş çəkməyə gəlmişdim. Səbirli olun. Sabah hər şey yoluna düşəcək. Sonra hücum növbəsi bizimdir!
- Çox sağ ol, Ruslan! - Məlikxanlı da qalxıb əlini onun çiyninə vurdu. Bir daha inandım ki, sən həqiqi dostsan. Ancaq bugünkü o işin...
- Hansı iş?
- Ruslan cəld soruşdu. Deyəsən bir az özünü itirmişdi.

XəyanətOnde histórias criam vida. Descubra agora