Yaxşı... Tutaq ki, bu Yarəlidi, nədi, Allahı başının üstündən atdı, dedi ki, restoran özümündür, gəlirini də heç kəsə vermirəm, Niyazi Məlikxanlını da tanımıram. Onda necə olacaq? Ruslan əvvəl susub matdım-matdım onun üzünə baxdı. Sonra birdən şaqqıltı ilə qəhqəhə çəkib gülməyə başladı:
- Ay sənin oyunun olsun, Zakir!..
- Nədi, ola bilməz? - onun gülüşü Zakirə toxundu. - İnsanların indi çoxu çiy süd əmib.
- Nə bilim, bəlkə ola bilər?.. - Ruslan gülməyini saxlayıb uzaqdan
onlara göz qoyan və buyruq gözləyən oğlanı barmağı ilə çağırdı.
- A bala,
get o yaralı ayını çağır bura!
- Yarəli qədeşi deyirsiz?
- Neçə ayı var burada? - Ruslan acıqlandı.Oğlan qaçıb getdi və az keçmiş Yarəli təngnəfəs özünü yetirib, Ruslanın qarşısında durdu. Ruslan Dadaşov onu, başdan-ayağa, şübhəli baxışlarla süzüb soruşdu:
- Bu restoran kimin adınadır?
- Mənim... - Yarəli Zakirə nəzər salıb dilləndi.
-Ancaq buranın əsl sahibi var, düzdür?
- Düzdür... - yenə Zakirə baxdı.
- Sən nə vaxtsa, deyə bilərsən ki, restoranın əsl sahibi də sən özünsən?
- Kimə? - Yarəli gözlərini bərəltdi.
-Tutaq ki, mənə!
- Nə danışırsınız, Ruslan müəllim, mən qələt edərəm ataba- atamla.

VOCÊ ESTÁ LENDO
Xəyanət
Mistério / SuspenseElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...